Bank Of Baku

Gələn ay Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək

Gələn ay Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək
# 27 may 2010 08:06 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin yaz sessiyasının sonuncu iclası mayın 31-də keçiriləcək. Parlamentdən APA-ya daxil olan məlumata görə, iclasda İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanuna dəyişikliklər və əlavə edilməsi, Ailə Məcəlləsinə əlavələr edilməsi, “Milli arxiv fondu haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarına əlavələr və dəyişikliklər edilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.

İclasda həmçinin Goranboy rayonunun və Naftalan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi ilə bağlı məsələyə də baxılacaq.

Bundan başqa, yaz sessiyasının sonuncu iclas günündə növbədənkənar sessiya da çağırılacaq. İyun ayını əhatə edəcək növbədənkənar sessiyanın keçirilməsi üçün artıq deputatların 1/3 hissəsi müvafiq imza toplayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR