Bank Of Baku

AMEA İnsan Haqları İnstitutunda “Qarabağ: dünən, bu gün və sabah” mövzusunda elmi-praktik konfrans keçirilib

AMEA İnsan Haqları İnstitutunda “Qarabağ: dünən, bu gün və sabah” mövzusunda elmi-praktik konfrans keçirilib
# 27 may 2010 08:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Haqları İnstitutunda “Qarabağ: dünən, bu gün və sabah” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda tarix, politologiya, hüquq, iqtisadiyyat, filologiya və digər elm sahələrinə aid mütəxəssislər iştirak edib.

Tədbirdə çıxış edən QAT sədri Akif Nağı bildirib ki, bu konfransların davam etdirilməsinə ehtiyac var. O, konfransda ediləcək məruzələrin əvvəlcədən toplandığını və “Qarabağ: dünən, bu gün və sabah” ad altında kitab şəklində nəşr edildiyini qeyd edib: “İlk konfranslarla müqayisədə son konfransların elmi səviyyəsi daha da artıb. Bu konfranslarda problemin yalnız elmi tərəfləri müzakirə edilir”.

AMEA-nın Tarix İnstitutunun şöbə müdiri Qasım Hacıyev çıxışında bildirib ki, son illər QAT-ın apardığı siyasi xətt problemin sülh yolu ilə həll olunması ilə bərabər, hərb variantını mümkün sayır. O, problemin yaranması, sülh prosesi barədə danışıb və Vladimir Kazimirovun “Qarabağa sülh” kitabı barədə məruzə ilə çıxış edib. Onun sözlərinə görə, bu kitab sülhə deyil, müharibəyə çağırış edir: “Kazimirov ATƏT-i ittiham edir, bu beynəlxalq təşkilatı hələ də Azərbaycan ərazisini işğal altında saxlayan Ermənistana qarşı qəti tədbirlər görmədiyi üçün deyil, Rusiyanın maraqlarına uyğun addımlar atmadığı üçün tənqid edir”.

Bir gün davam edəcək tədbirdə ümumilikdə 40-a yaxın elmi məruzənin iştirakçıların diqqətinə çatdırılması nəzərdə tutulur. Məruzələrdə Qarabağın tarixi, Ermənistanın Azərbaycana qarşı təcavüzü, münaqişənin həlli yolları ilə bağlı məsələlərə toxunulub.

Qeyd edək ki, bu sayca IX konfransdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR