Bank Of Baku

Azərbaycanın siyasi partiya liderləri ABŞ-a gedir

Azərbaycanın siyasi partiya liderləri ABŞ-a gedir
# 27 may 2010 13:57 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın üç müxalifət partiyasının sədri Amerikaya gedir. Bu barədə APA-ya Milli Məclisdən məlumat verilib. Milli Məclisin üzvləri - Ədalət Partiyasının sədri İlyas İsmayılov, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev mayın 29-dan iyunun 6-dək “Təqsirin etirafı ilə bağlı qanunvericilik təcrübəsi” adlı tədbirdə iştirak etmək üçün ABŞ-da səfərdə olacaqlar. ABŞ Ədliyyə Nazirliyinin dəvəti ilə həyata keçiriləcək səfər çərçivəsində deputatlar ABŞ-ın istintaq və məhkəmə təcrübəsi ilə tanış olacaq, bu ölkənin Ədliyyə Departamentində, Ali Məhkəməsində, Senatda və Federal Məhkəmədə bir sıra görüşlər keçirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR