“Azərbaycanın dövlətçilik tarixi: Azərbaycan Xalq Cümhyriyyəti” – DEBAT-FOTOSESSİYA
Bakı. Elnur Məmmədli – APA. APA İnformasiya Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi “Azərbaycanın dövlətçilik tarixinin təbliği: bilmədiklərimiz” layihəsi çərçivəsində “Azərbaycanın dövlətçilik tarixi: Azərbaycan Xalq Cümhyriyyəti” adlı debat keçirib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri namizədi Kamran İsmayılov, professor, tarix elmlər doktoru Cəmil Həsənli və gənc tarixçi, tarix elmləri namizədi Namiq Musalı iştirak edib. Debatın moderatoru APA-nın əməkdaşı Elnur Məmmədli və Elbrus Seyfullayev olub.
“Xalq Cümhuriyyəti müstəqillik və demokratiyanın dadını millətimizə daddırdı”
Elnur Məmmədli:
- Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın müasir tarixi üçün hansı yenilikləri, hansı örnəkləri yaratdı?
Cəmil Həsənli:
- Xalq Cümhuriyyətinin 2 illik tarixi təkcə keçmiş tarix deyil, həm də müstəqillik dərsləridir və Xalq Cümhuriyyəti ilk növbədə dünyanın siyasi xəritəsində Azərbaycan adlı bir dövlətin yarandığını dünyaya bəyan etdi. O Azərbaycan ziyalıları ki, XX əsrin əvvəllərində millətləşmə əsrində öz millətinin imzasını dünya xalqlarının imzası içində axtarırdı, bu, həmin axtarışın məntiqi yekunu idi. Azərbaycan Xalq Cümhuriyyəti XIX əsrin sonundan başlamış böyük bir keçidin məntiqi yekunu idi. Bu islam ümmətçiliyindən türk millətçiliyinə keçid idi. Bütün Şərq aləmində, islam dünyasında ilk dəfə olaraq Azərbaycan bu tarixi prosesi yaşadı. Bu iki ildə Xalq Cümhuriyyəti müstəqillik və demokratiyanın dadını millətimizə daddırdı. O iki il həmin iki ildən sonrakı Azərbaycanın tarixi dövrünü müəyyənləşdirdi. Həmin dövrdə Azərbaycan ərazilərini parçalayıb qonşu xalqlar, az sonra yaranmış dövlətlər arasında bölmək ideyaları vardı. Bir hissəsini gürcülərə, bir hissəsini ermənilərə, Bakı və ətraf əraziləri də ruslara vermək niyyətləri vardı. AXC Azərbaycanı bu təhlükədən qurtardı. Onlar demokratik dövlət qurmağın ənənəsini qoydular, dövlətə və millətə necə ürəkdən xidmət etməyin nümunəsini göstərdilər. Britaniyanın bölgəyə təyin edilmiş ali komissarı Tiflisdə otururdu və o Bakıya gəlib Azərbaycanda dövlət quruluşu və idarəçiliyi ilə tanış olandan sonra Londona göndərdiyi şifrəli teleqramında yazırdı ki, burada elə bir cümhuriyyət qurulub ki, çox məsələlərə görə Avropa dövlətlərinə nümunə ola bilər. Doğrudan da Azərbaycan siyasi xadimləri, aydınları tarixə elə bir nümunə verdilər ki, azərbaycanlılar bununla fəxr edə bilərlər. Xalq Cümhuriyyəti olmasaydı, Azərbaycan Sovet Respublikası da olmayacaqdı. Azərbaycan Sovet Respublikası olmasaydı, bu gün yaşadığımız cümhuriyyət də olmayacaqdı. AXC bu gün münaqişə zonasına çevrilmiş Qarabağda Azərbaycanın müstəqilliyinin necə təmin etməyin yollarını müəyyən etmək barədə tarixə nümunə verdi. Bu elə bir nümunə idi ki, ondan sonra gələn müxtəlif millətlərin nümayəndələrindən ibarət olan bolşeviklərin özləri belə Moskvaya yazdıqları məktubda etiraf edirdilər ki, Qarabağ AXC dövründə tam və bütöv olaraq Azərbaycanın idarəçiliyində idi. Başlanan separatizm meyllərin necə yatırmaq, Azərbaycanın ərazi bütövlüyünü necə təmin etmək baxımından AXC tarixə nümunə verdi. Bu baxımdan AXC-nin tarixi millətimizin və dövlətimizin, dövlətçiliyimizin tarixində uğurlu bir nümunədir.
İbrət dərsləri...
Ondan ibrət dərsi götürməliyik və insanların dövlət məmuru olaraq millətə necə xidmət etməsinin yaxış bir nümunəsi AXC tarixində var. Məsələn, Nəsib Bəy Yusifbəyli baş nazir olarkən atasına məktub yazır ki, aldığım məvacib ailəmi dolandırmağa çatmır, mənə bir az pul göndər. Sonda da qeyd edir ki, bu, mənim sizdən sonuncu pul istəməyimdir. Bu baxımdan AXC tarixi çox maraqlıdır. Xüsusilə gənclərimiz bu tarixi çox yaxşı öyrənməlidir. Onun ideya istiqamətini ruhuna hopdurmalıdır. AXC azərbaycanlıların nəinki keçmişini, eyni zamanda gələcək hədəflərini özündə əks etdirən üç rəngli bir bayrağı ucaltdı, bu gün də o bayraq bizim başımızın üstündədir. 80-ci illərin sonunda o bayraq meydanlara çıxarılanda heç kim onun haradan gəlməsi, necə meydana çıxması ilə maraqlanmadı və hamı o bayrağın kölgəsinə sığındı. Çünki millətimizin ideya hədəfləri, arzu və istəkləri həmin bayraqda öz əksini tapmışdı.
Elnur Məmmədli:
- Azərbaycan Xalq Cümhuriyyətində hökumətin tez-tez dəyişməsi, il ərzində 5 hökumət dəyişikliyi bir sıra hallarda qüsur kimi göstərilir və hətta respublikanın süqutuna səbəb olan amillərdən biri kimi bu məsələ də əsas gətirilir. Hətta bəzən AXC daxilində birliyin olmadığı deyilir...
Kamran İsmayılov:
- Bu məsələdə birinci diqqəti AXC-nin siyasi sisteminin mahiyyətinə diqqət yetirmək lazımdır. Cəmin müəllimin qeyd etdiyi kimi, bu Şərq aləmində ilk demokratik cümhuriyyət idi və eyni zamanda iş prinsipləri, idarəçilik və bir sıra digər amillərinə görə hətta Avropanın bir sıra oturuşmuş dövlətləri ilə müqayisədə üstünlüyü AXC-yə vermək olardı. Ona görə də bu amili nəzərə almaq lazımdır ki, AXC çox mürəkkəb bir şəraitdə yaradılmışdı. Və bu mürəkkəbliyi özündə ehtiva edən təkcə ölkə daxili problemlər deyildi, həm də ətrafda, dünyada gedən proseslər idi. O zaman mürəkkəb bir şəraitdə Azərbaycan siyasi xadimlərinin demokratik bir cəmiyyət yaratması həqiqətən təqdirəlayiq idi.
- AXC hökuməti daxilində hansı ziddiyyətlər vardı?
- O zaman Azərbaycanda hökumətin, ümumilikdə, hakimiyyətin formalaşması çoxpartiyalılıq əsasında həyata keçirilirdi. AXC-nin xüsusiyyəti o idi ki, dövlət idarəçiliyində müxtəlif partiyalar təmsil olunurdu və parlament seçkilərində də həmin partiyalar iştirak etmişdilər. Seçkilərdən sonra da parlamentdə müxtəlif partiyalar təmsil olunurdu. Yəni bu bir koalisiya hökuməti idi, partiyaların arasında təbii ki, ziddiyyətlər və problemlər var idi. Amma onların müdrikliyi ondan ibarət idi ki, bu ziddiyyətləri ali hakimiyyət orqanlarına daşımadılar. Doğrudur, 5 hökumət yaradılmışdı və mən düşünmürəm ki, bunlar ziddiyyətlərin nəticəsində yaranmışdı. Problemlərin həlli istiqamətində atılan addımlar göstərirdi ki, baxmayaraq ki, hökumət koalisiya əsasında formalaşmışdı, orada müxtəlif cərəyanların nümayəndələri vardı, amma onlar hökumətin qəbul etdiyi qərarlar Azərbaycanın sonrakı taleyini müəyyənləşdirən qərarlar idi. Çox böyük təcrübə toplanmışdı və bu təcrübədən Sovet dövründə və həmçinin Türkiyə Cümhuriyyətində istifadə edildi. Bu baxımdan da mən hesab edirəm ki, 5 hökumətin olmasını və digər məqamları qabartmaq lazım deyil, müsbət məqamlara diqqət yetirmək lazımdır. Məsələn AXC latın qrafikasına keçidlə bağlı qərar qəbul etmişdi. Bu təcrübə həmin 23 ay ərzində həyata keçməsə də, Sovet hakimiyyəti dövründə həyata keçirildi. Türkiyə də bundan yararlandı. Və yaxud Azərbaycanlı gənclərin xaricdə təhsil almaq məsələsi. Bu təcrübədən sonradan sovet hökuməti istifadə etdi və indi də var. Çox zaman hökumət daxili ziddiyyətləri qabartmağa çalışırlar, burada böyük ziddiyyətlər yox idi.
Cəmin Həsənli:
- Amma bir məqam da var ki, say etibarı ilə hökumət 5 olsa da, faktiki 2 hökumət idi. Yəni, parlament yaradıldı və parlament yaradılandan sonra özünə hörmət edən hökumət mütləq səlahiyyətlərini parlamentə təslim etməlidir. Parlamentin etimadını qazanmalıdır. Ona görə də bunu hökumət dəyişiklikləri, ziddiyyətlər fonunda baş verən böhran kimi təqdim etmək olmaz. Azərbaycanda faktiki olaraq 2 hökumət vardı – Fətəli Xan Xoyski və Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi hökumətlər. Hər bir hadisəyə, tarixi prosesə öz zamanının şərtləri daxilində yanaşmaq lazımdır. Biz bəzən 23 ay ərzində mövcud olan AXC-dən çox şey umuruq. Cümhuriyyətin yalnız bir addımı – Bakının azad edilməsi millətin taleyində o qədər böyük hadisədir ki, AXC-nin xalqın ruhuna hopması üçün bir xəzinədir.
«Azərbaycan Çar Rusiyasından vahid şəkildə çıxdı»
Elnur Məmmədli:
- Bəzən AXC hakimiyyəti dövründə hökumətdə gənclərə böyük yer ayrılmadığı ilə bağlı iddialar da olur...
Namiq Musalı:
- Alimlərimiz doğru bildirirlər ki, cümhuriyyət tarixinə sadəcə 23 aylıq bir tarix kimi yanaşmaq düzgün olmazdı. Baxmaq lazımdır ki, cümhuriyyətə qədərki Azərbaycan hansı Azərbaycandır, cümhuriyyətdən sonrakı hansı. Azərbaycan Çar Rusiyasının tərkibinə daxil olduqda ayrı-ayrı xanalıqlar şəklində daxil olmuşdu. Lakin 1918-ci ildə Şimali Azərbaycan Çar Rusiyasından ayrıldıqda, bəzi ərazi itkiləri olmaqla yanaşı vahid şəkildə çıxdı. Bunun da təməlində Azərbaycan ziyalılarının apardığı milli hərəkatın böyük rolu vardı. O zaman Rusiya istibdadından qurtarmış cümhuriyyətlər içərisində ən ağır vəziyyətdə olan məhz AXC idi. Yeni qurulmuş bolşevik hökuməti Azərbaycanın müstəqilliyini qəbul etmək istəmirdi. Çar hökumətindən qalmış bəzi qüvvələr Denikin başda olmaqla bunu qəbul edə bilmirdilər. İngilislər də ilk növbədə belə bir mövqedə idi. Yəni Azərbaycan Xalq Cümhuriyyətinin qurulması o qədər asan deyildi. Bu cümhuriyyət birinci növbədə fikirdə aparılan mübarizənin nəticəsində meydana gəlmişdi və Azərbaycanın bundan sonrakı tarixinin müəyyən olunmasında böyük rol oynadı. Əgər AXC bizim sərhədlərimizi müəyyənləşdirməsəydi, bizim indiki sərhədlərimiz də bu formada olmayacaqdı. Yəni daha konkret desək, Azərbaycan bir respublika olaraq Sovet hakimiyyətinin tərkibinə daxil olmasa idi, o zaman 1991-ci ildə də müstəqil dövlət kimi ayrıla bilməzdi.
AXC hakimiyyətində gənclərin təmsilçilik məsələsinə gəldikdə isə, əslində o dövrdə Məmməd Əmin Rəsulzadənin özü gənc idi. Milli Şuranın üzvlərinin böyük əksəriyyəti də cavan kadrlardan ibarət idi.
Kamran İsmayılov:
- Mən AXC-nin gənclər siyasəti ilə bağlı bir müddət əvvəl araşdırma aparıb məqalə hazırlamışdım. Bəlli oldu ki, həmin hökumətdə təmsil olunanların böyük əksəriyyəti 25-40 yaş arasında olan insanlar olub. Ən yaşlısı Topçubaşov, Həsən bəy Ağayev idi. Hətta bəzilərinin 20 yaşı da tamam olmamışdı ki, onlar nazir müavini, qubernator vəzifələrində çalışırdılar. Digər tərəfdən hökumətin gənclər siyasəti deyəndə birinci növbədə maarifçilik, təhsillə bağlı məsələlər də nəzərdə tutulur və bu baxımdan da böyük tədbirlər görülmüşdü. O zaman gənclərin xaricdə təhsil almasını təmin etmək məqsədi ilə hökumət yanında komissiya yaradılmışdı. O komissiyaya rəhbərlik edənlərin əksəri də tələbələr idi.
«Kim AXC-nin liderlərinə abidə qoyursa, o abidəni özünə qoyur»
Cəmil Həsənli:
- Mən burada bir məsələyə diqqəti çəkmək istəyirəm. Doğrudan da AXC-nin ideya bazasını gənclər təşkil edirdi. O zaman Azərbaycan ordusunda 30 min gənc xidmət edirdi. Seminariyalar, məktəblər açılmışdı və bunlar hamısı gənclər üçün idi. Başqa bir məsələni deyim. «Əli və Nino» əsərini misal gətirirəm. O adamlar ki, birinci dünya müharibəsində məktəblərdə oxumuşdular, onlar məzun oldular, onlar AXC-nиn qurulmasının fəal iştirakçıları idilər. Ümumiyyətlə çox qəribə bir təzad var. Sanki dünya bir məhəbbət dastanı olaraq bütün Avropanı cazibəsinə salmış bu əsərin milli qayəsini görmək istəmir. Bu əsərin ən böyük ideyası gənc nəslin cümhuriyyətə sədaqəti üzərində qurulub. Hətta ən ülvi məhəbbətin daşıyıcısı olan bir ailə vardı, bu, Əli idi, o seçim qarşısında qalmışdı - məhəbbətinin simvolu olan Nino və körpə uşağının dalınca getsin, yoxsa cümhuriyyətini qorusun? Bu seçim qarşısında qalanda Əli xan Şirvanşah cümhuriyyət uğrunda ölməyə üstünlük verdi. Onunla birlikdə oxuyan gənclər də Gəncədə olan müqavimətin özəyini təşkil etdilər. Biz cümhuriyyət ideyasını gənclərin ruhuna hopdurmaq, dünyaya bunu təsdiq etdirmək istəyiriksə, bu gözəl əsərə film çəkməliyik. Bu, dünyanın qəbul etdiyi bir əsərdir. Bu əsər AXC-yə qoyulmuş ən böyük abidədir. Mən arzu və təklif edirəm ki, müvafiq idarələr, nazirliklər, sənət adamları bu məsələyə diqqət yetirsinlər. Məsələn Rüstəm İbrahimbəyov kimi bir rejissor bu mövzuda gözəl film çəkə və müstəqillik ideyasını dünyaya təqdim edə bilər.
Elbrus Seyfullayev:
- Cümhuriyyət banilərinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı prezident sərəncamı olub. Bu məsələnin hələ də həll olunmamış qalmasını necə dəyərləndirirsiniz?
Cəmil Həsənli:
- Cümhuriyyət qurucuları olan nəsil Azərbaycan tarixində müstəsna bir nəsildir. Onlar bütün varlıqlarını – maddi və mənəvi varlıqlarını bu millətin imzasının dünya xalqlarının imzası arasında yer tapmasına xərcləyiblər. Abbas Səhhət Sabir haqqında deyir ki, Sabir gördüyü işlərin ən yaxşı mükafatını öz vicdanından gözləyirdi. Bu adamlar da ona bənzər bir nümunədir. Onlar elə bir iş görüblər ki, ən böyük yerlərə layiqdirlər. Bir vaxtlar deyirdik ki, imperiya hökuməti buna imkan vermir. Amma indi şükür Allaha, 20 ildir azad, həm də o cümhuriyyətin varisi kimi fəaliyyət göstəririk. Sərəncam olub və o sərəncam əsasında 8 cildlik sənədlər toplusu buraxıldı. Bu, çox böyük bir iş idi. Eyni zamanda o fərmanı müvafiq idarələr öz qarşısına qoymalıdır, burada kimin vəzifəsi nədir, onu həyata keçirməlidir. Kim AXC-nin liderlərinə abidə qoyursa, o abidəni özünə qoyur. Azərbaycan bayrağı dünya bayraqları içərisində tənha bayraqlardandır ki, o yalnız bizim keçmişimizi özündə əks etdirmir, həm də gələcəyimizi əks etdirir. AXC hədəflər göstərib. Bizim milli birliyimiz o hədəflərdən keçir. Onlar Bakını azad etməklə Cümhuriyyətimizə nəinki böyük mənəvi xəzinə qaytardılar, həm də böyük maddi imkanlar qaytardılar. Bu gün dövlət büdcəsinin 90 faizi Bakıdan verilən büdcə mədaxilləri hesabına dolur, 10 faizi Bakıdan kənar bütün Azərbaycan hesabına. İndi görün ki, Bakının bizim dövlətimizin iqtisadi həyatındakı rolu nə qədər böyükdür və bunu təmin edən AXC olub. Onların ruhu hamımız üçün əziz olmalıdır. Bakını azad edən Türk paşalarının həyatına bu hadisə elə daxil oldu ki, onlar ömürlərinin sonuna kimi bu əməliyyatın mənəvi yükü altında yaşadılar. Hətta əməliyyata rəhbərlik etmiş Mürsəl Paşa Bakı azad olunandan sonrakı bütün həyatını Mürsəl Baku Paşa adı ilə yaşadı. Halbuki, o dünya müharibəsinin çox cəbhələrində vuruşmuşdu. Amma o qəhrəmanlıq səhifələrindən nümunə götürmək lazım gələndə Bakı uğrunda gedən döyüşləri götürdü. Mən əminliklə deyirəm, Rəsulzadə kimi şəxsiyyət hansı millətdə olsa idi, ictimai münasibətlərin ən yüksək zirvəsinə qoyulardı. Xalq Cümhuriyyəti qısa müddətdə ölkədə sabitlik yaradan, Qarabağı Arana, dağa bölməyən bir hökumət idi. AXC bizə nümunə verdi ki, separatçılara qarşı necə mübarizə aparmaq lazımdır.
Elnur Məmmədli:
- Bununla bağlı da maraqlı məqam var ki, AXC Qarabağa tam nəzarət etməyi bacardı. Buna necə nail ola bildi?
- AXC rəhbərliyi Qarabağı dağa və arana bölmürdü, onlar üçün Azərbaycan vahid idi. Bu bölgünü bizə bolşeviklər gətirdi və Azərbaycan dövlətinin altına gec partlayan bir mina qoydular ki, 20 ildən artıqdır ki, biz o minanın təhlükəsi altında yaşayırıq.
“Ermənilər özləri qurultay çağırıb elan etdilər ki, Azərbaycan hökumətinə tabe olurlar”
Kamran İsmayılov:
- Bugünkü proseslər baxımından bu, çox maraqlı məsələdir. O zaman AXC hökuməti çox böyük iradə göstərmişdi, həm də ciddi siyasi-diplomatik səylər həyata keçirmişdi. O zaman cənubi Qafqazda Antanta qoşunlarının komandanlığı yerləşirdi, həm Qarabağda, həm Zəngəzurda çox ciddi erməni təbliğatı gedirdi. Separatizmin özü çox böyük vüsət almışdı. Belə bir şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin atdığı addımlar müsbət nəticələr verdi. Bir tərəfdən o bölgədə separatizmin qarşısını almaq üçün hərbi gücdən istifadə edilirdi, ikinci tərəfdən Antantanın komandanlığı ilə danışıqlar aparılırdı, üçüncü tərəfdən də bilavasitə orada yaşayan ermənilərlə iş aparılırdı. Nəticədə ermənilər özləri qurultay çağırıb elan etdilər ki, Azərbaycan hökumətinə tabe olurlar. Halbuki, bu qurultaydan 4 ay əvvəl ermənilər elan etmişdilər ki, Azərbaycan hökumətini tanımırlar. Aparılan siyasət nəticəsində belə bir qərar qəbul etdilər ki, Azərbaycan hökumətinə tabe olsunlar. Bu, çox böyük əlamətdar hadisə idi.
Cəmil Həsənli:
- Nəsib bəy Yusifbəyli 1919-cu ildə hökumət proqramı ilə çıxış edəndə sosialist blokundan ona sual verildi ki, Qarabağla bağlı niyə məsələ yoxdur? Nəsib bəy də cavab verdi ki, bizim Qarabağ adlı məsələmiz yoxdur. Yəni hökumət öz hüdudlarında mütləq-hakim idi. Separatizmin mənşəyi müəyyən edilmişdi ki, bu, separatizmi yayanlar Ararat Respublikasından gəlir. Və onların hamısını həbs edib Şimal dəmiryolu ilə Rusiyaya yola saldılar ki, burada separatçılıqla məşğul olmasınlar.
Qarabağ münaqişəsinin həllində Azərbaycan Xalq Cümhuriyyətinin təcrübəsindən istifadə oluna bilər
- Hazırda Qarabağ münaqişəsinin həllində həmin təcrübədən istifadə oluna bilərmi?
Cəmil Həsənli:
- Oradakı nümunə ondan ibarətdir ki, tarixi müstəvidə bizim dəlillərimiz üstündür və bu dəlilləri Azərbaycan Xalq Cümhuriyyəti ortaya qoymuşdu. Yəni Azərbaycan Xalq Cümhuriyyəti dövründə tarixi baxımdan Qarabağın Azərbaycana aid olması ilə bağlı ayrı bir fikir mövcud deyildi. İngilislər bura gələndə elə bilirdilər ki, Afrikanın hansısa ölkəsinə və yaxud Hindistana gedirlər. Amma gəlib burada modern bir cümhuriyyət gördülər. Cümhuriyyət qurucularının böyüklüyü bu idi ki, qısa müddətdə heç nəyin üzərində modern bir dövlət yaratdılar. Azərbaycan Xalq Cümhuriyyəti tarixə elə bir nümunə verib ki, onun 2 illik fəaliyyəti zaman-zaman azərbaycanlıların istinad nöqtəsi olacaq. Daxilən belə bir iftixar hissi keçirəcəklər ki, babaları belə bir dövlət qurublar.
Kamran İsmayılov:
- Cəmil müəllimin sözlərindən belə aydın olur ki, münaqişələrin, separatizmin aradan qaldırılmasının mümkün yollarından biri də demokratik cəmiyyətin formalaşmasıdır. O zaman Bakı Avropanın ən sakit şəhərlərindən biri idi və Bakıya gələn xarici nümayəndələr də bunu qeyd edirdi. Bu da təbii ki, Qarabağ probleminin həllinə müsbət təsirini göstərməmiş deyildi.
- Respublika Günü bizim ən böyük müqəddəs bayramımızdır. Bunu layiq olduğu səviyyədə qeyd etməyə ehtiyac var.
Namiq Musalı:
- Bu məsələdə təbliğatın da böyük rolu var. KİV-də bu gün daha çox şou verilişlərinə üstünlük verilir. Amma AXC ilə bağlı maarifləndirici verilişlərin hazırlanması ehtiyacı var. Təbliğat olmadan buna nail olmaq çətindir.
Digər tərəfdən Bakı şəhərinin azad olunması günü çox sönük qeyd olunur. Halbuki, xalqda yüksək əhval-ruhiyyənin yaranması üçün belə günlərin yaxşı qeyd olunması lazımdır.

Daxili siyasət
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb