Bank Of Baku

Prezident İlham Əliyev: “Bölgədə demokratik respublikanın yaradılması Azərbaycan xalqının böyük nailiyyəti idi”

Prezident İlham Əliyev: “Bölgədə demokratik respublikanın yaradılması Azərbaycan xalqının böyük nailiyyəti idi”
# 28 may 2010 07:21 (UTC +04:00)
Bu hadisə çox böyük tarixi məna daşıyırdı. İlk dəfə olaraq bu bölgədə demokratik respublikanın yaradılması Azərbaycan xalqının böyük nailiyyəti idi”. APA-nın “AzərTAC”a istinadən yaydığı məlumata görə, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev “Buta” sarayında 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbul mərasimində çıxışı zamanı söyləyib. Prezident qısa müddət ərzində bütün dövlət atributlarının yaradıldığını bildirib: “Respublikanın ömrü uzun olmadı, iki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və Azərbaycan xalqı dövlət müstəqilliyini itirdi. Qısa müddət ərzində, iki ildə bütün dövlət atributları yaradıldı, Azərbaycanın dövlət bayrağı qəbul edildi, bizim dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyli tərəfindən Azərbaycanın dövlət himni yaradıldı, Azərbaycanın dövlət gerbi qəbul edildi, dövlət strukturları formalaşdırıldı, nazirliklər yaradıldı. Buna baxmayaraq, respublikanın süqutu qaçılmaz idi və 70 il ərzində Azərbaycan Sovet İttifaqının tərkibində sosialist respublikası kimi yaşadı. Baxmayaraq ki, biz dövlət müstəqilliyimizdən məhrum idik, o illər də Azərbaycan üçün uğurlu illər olub. O illər ərzində Azərbaycanda çox güclü sənaye potensialı yaradıldı. Azərbaycanda kənd təsərrüfatının inkişafı çox sürətlə gedirdi. Ölkəmiz üçün çox vacib olan sənaye müəssisələri, xüsusilə neft-qaz sahəsində yaradılmış müəssisələr bu gün də müstəqil Azərbaycana xidmət göstərir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR