Prezident İlham Əliyev: “Tam əminəm ki, yaxın zamanlarda yoxsulluq və işsizlik kimi iki çox böyük sosial bəla Azərbaycan tarixindən ümumiyyətlə silinəcək”
Dövlət başçısı ölkədə aparılan iqtisadi islahatların dünya birliyi tərəfindən də təqdirlə qarşılandığını deyib: “Mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən islahatları çox yüksək dəyərləndirirlər. Dünya İqtisadi Forumunun hesablamalarında rəqabət qabiliyyətliliyinə, informasiya-kommunikasiya texnologiyalarının inkişafına görə Azərbaycan MDB məkanında lider dövlətdir. Baxmayaraq ki, dünyada maliyyə və iqtisadi böhran hələ başa çatmayıb, bu yaxınlarda Azərbaycan mötəbər reytinq agentlikləri tərəfindən çox yüksək qiymət alıb. Bizim reytinqimiz artıbdır. Bu, deyə bilərəm ki, indiki şəraitdə çox böyük əhəmiyyətə malik olan bir hadisədir. Çünki dünyada mövcud olan və davam edən böhran bir çox ölkə qarşısında çox böyük problemlər yaratdı. Azərbaycan isə o ölkələrdəndir ki, iqtisadi böhrandan ən az itkilərlə çıxa bilib. Keçən il böhrana, dünya neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, iqtisadiyyatımız 9,3 faiz artdı. Bu artım, dinamika bu gün də davam edir. İqtisadi islahatlarımızın dünya birliyi tərəfindən yüksək qiymətləndirilməsi onu bir daha göstərir ki, bizim uğurumuzun təməlində düşünülmüş siyasət dayanır. Əlbəttə ki, biz energetika amilindən istifadə edirik və edəcəyik. Ancaq dünyada və bölgədə bizdən qat-qat, böyük həcmdə neft hasil və ixrac edən ölkələr də vardır. Bu böhranlı aylar onu göstərir ki, bu amil həlledici rol oynamır. Həlledici rol oynayan amillər düşünülmüş siyasət, siyasi iradə, sabitlik, investisiya qoyuluşuna cəlbedicilik və ölkədə biznes üçün yaranan çox gözəl, əlverişli mühitdir”.
Dövlət başçısı güclü sosial siyasətin davam etdiriləcəyini, iqtisadi imkanların genişləndiriləcəyini bildirib: “Bizim artıq çox böyük maliyyə imkanlarımız, valyuta ehtiyatlarımız və düşünülmüş strateji xəttimiz var. Bir sözlə, ölkə daxilində gedən proseslər müsbət istiqamətdə inkişaf edir. Azərbaycan cəmiyyətində ölkənin inkişafı ilə bağlı fikir ayrılığı yoxdur. Bizim daxili imkanlarımıza əsaslanaraq dünya birliyinə sürətlə inteqrasiya etmək, heç kimdən asılı olmamaq, daxili imkanları maksimum şəkildə səfərbər edib ölkə qarşısında duran bütün vəzifələri icra etmək, qonşu ölkələrlə, dünya ölkələri ilə səmərəli əlaqələr yaratmaq istiqamətində strateji xəttimiz dəyişməz olaraq qalır. Bizim bu istiqamətdə siyasətimiz öz nəticələrini verir. Neft-qaz sahəsində bu vaxta qədər görülmüş işlər təqdirəlayiqdir. Bundan sonrakı işlərimiz də görülmüş işlər əsasında həyata keçiriləcəkdir. Qarşımızda yeni imkanlar, yeni üfüqlər açılır. Biz enerji təhlükəsizliyi məsələlərinin həllində həm bölgədə, həm qitədə çox müsbət rol oynayırıq. Əminəm ki, qarşıda yeni layihələrin icrası nəticəsində Azərbaycan daha da böyük enerji resurslarından istifadə edə biləcək”.
Daxili siyasət
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Milli Məclisin iclası başlayıb
Dekabrda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Xəbər Lenti
Azərbaycan 10 ayda çay ixracından 6 mln. manatdan çox gəlir əldə edib
Avropa Komissiyasının nümayəndəsi: Aİ Naxçıvan dəmir yolu üzrə texniki araşdırma aparır, bu, region üçün strateji layihədir - MÜSAHİBƏ
Ukrayna ötən gecə Rusiyanın iki neft obyektinə zərbə endirib - VİDEO
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb
CSCA imtahanına qeydiyyat başladı – UniDestin namizədlərə dəstək göstərir
Dünən gecə Ukraynanın Rusiyaya ən böyük dron hücumlarından biri baş verib
“Bitcoin”in qiyməti 60 min dollardan aşağı düşüb
Gəncədə 15 yaşlı yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
KTMT: Ermənistanın təşkilatdan çıxarılması məsələsi gündəmdə deyil
Xaçmazda maşın ağaca çırpılıb, 26 yaşlı sürücü xilas edilib - VİDEO
“NYMEX” birjasında təbii qazın dəyəri azalıb
“Brent” markalı neft ucuzlaşıb
Ağsuda iki maşın toqquşub, bir nəfər ölüb
Polşa Baş Prokurorluğu Kaçinskinin də həlak olduğu Smolensk təyyarə qəzasının səbəbini açıqlayıb
Azərbaycan nefti 101.4 dollara ticarət olunur
Melaniya Tramp Rusiya və Ukrayna ilə bağlı humanitar fəaliyyətini davam etdirdiyini bildirib
Almaniyada dron aşkarlanması hava limanında uçuşların dayandırılmasına səbəb olub
Səudiyyə Ərəbistanı husilərin raketini havada məhv edib
Vaşinqton hava limanında iki sərnişin təyyarəsinin qanadları bir-birinə toxunub
CENTCOM Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edildiyini açıqlayıb
Tramp 2028-ci il seçkilərində varisini mümkün qədər gec açıqlamaq niyyətindədir
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
SEPAH Hörmüz boğazında iki gəminin minaya düşməsi ilə bağlı məlumat yayıb
Zelenski Ukraynanın Liviyadakı əməliyyatının tərəfdaşlarla razılaşdırılmadığını etiraf edib
Suriyada hökumət qüvvələrinin mövqelərinə hücum edilib
Hakan Fidan: Məkkə İttifaqının əsas məqsədi sülhə və sabitliyə töhfə verməkdir
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə regionda gərginliyin azaldılmasına çağırıb
Almaniya Ukraynaya dəstək üçün 11,6 milyard avro ayıracaq
Ukrayna Qara dənizdə atəşkəs təklif edib, Rusiyadan cavab gözləyir
Ukrayna və Estoniya Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığı gücləndirmək niyyətini bəyan edib
ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - YENİLƏNİB
Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib
Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub
Abşeronda narkotiklə əlaqəli 8 nəfər saxlanılıb
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olunub - FOTO
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayıb
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək - VİDEO
Azərbaycanla BMT arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlıq müzakirə edilib
Ekspert: İmtahan sualları ilə məktəb proqramı arasında tarazlıq yaradılmalıdır
Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib
Yaqub Eyyubov Moskvada MDB İqtisadi Şurasının iclasında iştirak edib - FOTO
Gələn həftə Moskvada MDB hökumət başçılarının iclası keçiriləcək