Bank Of Baku

“İrəli” İctimai Birliyinin təşəbbüsü ilə çəkilən “About Azerbaijan” sənədli filminin təqdimatı keçirilib

“İrəli” İctimai Birliyinin təşəbbüsü ilə çəkilən “About Azerbaijan” sənədli filminin təqdimatı keçirilib
# 28 may 2010 10:48 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün “İrəli” İctimai Birliyinin təşəbbüsü ilə çəkilən “About Azerbaijan” sənədli filminin təqdimatı keçirilib. APA-nın məlumatına görə, “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı filmin əhəmiyyətindən danışaraq deyib ki, burada məqsəd Azərbaycanı tərənnüm etmək və sadə süjet xətti ilə tamaşaçını həqiqi vəziyyətlə tanış etməkdir: “Filmdə sadə süjet xəttinə üstünlük verməklə biz, əcnəbi ölkələrin cəmiyyətlərinin yuxarı olmayan təbəqələri ilə ünsiyyətə nail olmaq niyyəti güdmüşük. Ona görə də film yalnız ingilis dilindədir”. C. Osmanlı filmin xarici ölkələrdə geniş yayılmasına nail olmaq üçün müvafiq işlərin görüləcəyini də qeyd edib. Daha sonra film nümayiş olunub.

Qeyd edək ki, “Qarant Sığorta” şirkətinin maliyyə dəstəyi ilə hazırlanan filmin direktoru Anar Qəribov, prodüseri isə Azər Qəribovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR