Bank Of Baku

Azərbaycanın hərbi doktrinası iyunun 15-dək qəbul olunacaq

Azərbaycanın hərbi doktrinası iyunun 15-dək qəbul olunacaq
# 29 may 2010 08:41 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. Onun sözlərinə görə, sənəd iki gün sonra komitə üzvlərinə paylanacaq: “Azərbaycanın hərbi doktrinası növbədənkənar sessiya ərzində, daha dəqiq desək, iyunun 15-dək qəbul olunacaq. Bu sənədin müzakirəsi təhlükəsizlik və müdafiə komitəsinin iclasında hüquq-mühafizə orqanlarının təmsilçilərinin iştirakı ilə keçiriləcək” .

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan prezidenti İlham Əliyev hərbi doktrinanın layihəsini Milli Məclisə göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR