Bank Of Baku

“2010-cu ilin dövlət büdcəsinə əlavə və dəyişikliklərin edilməsi haqqında” qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasında qəbul ediləcək

“2010-cu ilin dövlət büdcəsinə əlavə və dəyişikliklərin edilməsi haqqında” qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasında qəbul ediləcək
# 29 may 2010 08:48 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Yaxın günlərdə “2010-cu ilin dövlət büdcəsinə əlavə və dəyişikliklərin edilməsi haqqında” qanun layihəsi Milli Məclisə daxil olacaq. Bu barədə APA-ya məlumat Milli Məclisdən daxil olub. Gələn ilin dövlət büdcəsinin dürüstləşməsi ilə bağlı sənəd növbədənkənar sessiya ərzində müzakirə olunaraq qəbul ediləcək.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov APA-ya açıqlamasında sənəd müzakirə olunarkən neftin bir barel üçün qiymətinin 70 dollardan hesablanması təklifi ilə çıxış edəcəklərini deyib. Onun sözlərinə görə, dünyanın inkişaf etmiş ölkələri ilə neft hasil edən ölkələr arasında centlmen razılaşmasına görə, neftin ədalətli qiyməti 70-80 dollar civarında müəyyənləşib: “Hesab edirik ki, belə olarsa, büdcə kəsirini də bağlamaq olar. Digər tərəfdən bu, neft daxil olmalarının dəqiq hesablanmasına kömək edər” .

N. Məmmədov həmçinin büdcəyə əlavə və dəyişiklik edilərkən Kürün daşması ilə bağlı dəyən ziyanın aradan qaldırılması üçün müvafiq qurumlara ayırmaların olacağını istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR