Bank Of Baku

Bakı şəhər İcra Hakimiyyəti “Azadlıq” blokunun mitinqlə bağlı müraciətinə hələ baxmayıb

Bakı şəhər İcra Hakimiyyəti “Azadlıq” blokunun mitinqlə bağlı müraciətinə hələ baxmayıb
# 31 may 2010 09:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bakı şəhər İcra Hakimiyyəti “Azadlıq” blokunun iyunun 5-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə hələlik baxmayıb. İcra Hakimiyyətinin siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Zaur Ramazanov APA-ya bildirib ki, müraciətə qanunda nəzərdə tutulmuş müddətdə cavab veriləcək. O, bloka hansı cavabın veriləcəyi barədə əvvəlcədən fikir söyləməyi düzgün hesab etməyib.

Z. Ramazanov onu da əlavə edib ki, aksiyaların keçirilməsi üçün paytaxtda 3 ərazi müəyyənləşdirilib. Bunlar Binəqədi qəsəbəsinin İdman-Sağlamlıq Kompleksinin stadionu, Səbail rayonunun 20-ci yaşayış sahəsində, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydança və Xətai rayonu, Zığ yolu küçəsi 29/22-ci məhəllə ilə üzbəüz meydançadır. Şöbə müdiri aksiyalar üçün paytaxtda əlavə yerlərin ayrılması barədə hər hansı müzakirənin aparılmadığını vurğulayıb.

Qeyd edək ki, “Azadlıq” bloku müraciətində 5 meydan – “Nərimanov” kinoteatrının qarşısı, Səməd Vurğun bağı, Füzuli meydanı, Hüseyn Cavid bağı və ya Cəfər Cabbarlı bağının aksiya üçün ayrılmasını istəyib. Blok bu yerlərin aksiya üçün ayrılmayacağı halda icazəsiz mitinq keçirəcəyini bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR