Bank Of Baku

Azərbaycanın Hərbi Doktrina layihəsində Ermənistan təcavüzkar tərəf kimi göstərilib

Azərbaycanın Hərbi Doktrina layihəsində Ermənistan təcavüzkar tərəf kimi göstərilib
# 31 may 2010 09:42 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc Azərbaycanın Hərbi Doktrina layihəsini şərh edərkən bildirib. Z. Oruc iyunun 3-də Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin iclasında müzakirəyə çıxarılacaq sənədlə tanış olduğunu bildirib. Onun sözlərinə görə, Hərbi Doktrina layihəsi ilə tanışlıq onu deməyə əsas verir ki, bu sahədə Azərbaycanın qarşısında dayanan məsələləri özündə ehtiva edən çox yaxşı bir sənəd hazırlanıb: “Hərbi Doktrinanın layihəsi 75 bənddən ibarətdir və 7 əsas müddəanı özünə ehtiva etdirir. Burada milli təhlükəsizliklə bağlı mələnin konsepsiyada nəzərdə tutulduğu, onun hərbi təhlükəsizlik hissəsinin isə bu sənəddə əks edildiyi bildirilir. Regiondakı hərbi təhdidlər, hərbi təcavüz faktları, sürətlə silahlanma, Ermənistanın Azərbaycana təcavüzü, onun yaratdığı reallıqlar, Azərbaycan Silahlı Qüvvələrinin bununla bağlı qarşısında dayanan vəzifələr, eyni zamanda hərbi quruculuğun gələcək strategiyası, beynəlxalq hərbi əməkdaşlıq, hərbi əlaqələr, Azərbaycanın ikitərəfli beynəlxalq hərbi müqavilələri və digər məsələlərin hamısı bu sənəddə öz əksini tapıb. Ümumiyyətlə, Azərbaycanın regionda hansı məsələləri özünə təhdid sayması layihədə göstərilib. Bundan başqa, maliyyə iqtisadi böhranlarından tutmuş, enerji resursları uğrunda aparılan zorakı mübarizələrə, separatizmin stimullaşdırılmasına və digər məsələlərə qədər Hərbi Doktrina layihəsində göstərilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR