Bank Of Baku

ACP seçkilərdə iştirak edəcək namizədlərini müəyyənləşdirməyə başlayıb

ACP seçkilərdə iştirak edəcək namizədlərini müəyyənləşdirməyə başlayıb
# 31 may 2010 10:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Açıq Cəmiyyət Partiyası (ACP) bu il Azərbaycanda keçiriləcək parlament seçkilərində müxalifət mövqeyindən çıxış edəcək. Partiyanın sədri Vaqif Mahmudov APA-ya bildirib ki, artıq ACP seçkilərdə iştirakla bağlı qərar qəbul edilib və hazırda namizədlərin müəyyənləşdirilməsi prosesi başlayıb. ACP dövlət qeydiyyatına alınmadığı üçün V. Mahmudov partiyanın namizədlərinin seçkilərdə bitərəf kimi qeydiyyata düşəcəklərini qeyd edib: “Hələlik seçkilərdə nə qədər namizəd irəli sürəcəyimizi dəqiqləşdirməmişik, hazırda bu istiqamətdə iş aparılır”.

ACP-nin seçkilərdə digər müxalifət partiyaları ilə əməkdaşlıq imkanlarına gəldikdə, partiya sədri bildirib ki, onlar bunda maraqlıdırlar: “Bu əməkdaşlığın hansı formada olması dəqiqləşdirilməli, bununla bağlı müzakirələr aparılmalıdır. Hazırda bununla bağlı müzakirələr yoxdur. Ola bilər ki, bir neçə seçki dairəsində müəyyən razılaşmalar əldə olunsun. Amma bu məsələni həll etmir. Ümumi mənzərəni yaratmaq üçün konkret iş görülməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR