Bank Of Baku

ADP Xarici İşlər Nazirliyinin mövqeyini dəstəkləyir

ADP Xarici İşlər Nazirliyinin mövqeyini dəstəkləyir
# 31 may 2010 14:01 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyası (ADP) Dağlıq Qarabağ separatçılarının keçirdiyi saxta “seçkilər”lə bağlı Xarici İşlər Nazirliyinin mövqeyini dəstəkləyib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ADP İdarə Heyəti “seçki”də “müşahidəçi” qismində iştirak edən bir çox ölkə nümayəndəsinin, o cümlədən Rusiya Federasiyasından olan 5 deputatın Azərbaycan ərazisinə gəlmələrinə qadağa qoyulması qərarını müsbət qiymətləndirib. ADP hakimiyyəti bundan sonra da suveren dövlət hüquqlarının pozulmasına yönəlmiş bütün hərəkətlərdə bu cür qətiyyət nümayiş etdirməyə çağırıb.

ADP İdarə Heyəti bu il keçiriləcək parlament seçkiləri, fələstinlilərə humanitar yardım aparan gəmi karvanının İsrail hərbçiləri tərəfindən atəşə tutulması və digər məsələləri də müzakirə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR