Bank Of Baku

Aydınlar Partiyası növbəti dəfə Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edəcək

Aydınlar Partiyası növbəti dəfə Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edəcək
# 31 may 2010 15:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Aydınlar Partiyası qərargah almaq üçün yenidən Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etməyə hazırlaşır. Partiyanın sədri Qulamhüseyn Əlibəyli APA-ya bildirib ki, bir neçə ay əvvəl komitəyə analoji müraciət ünvanlanıb, amma bu vaxta qədər heç bir cavab gəlməyib: “Qarşıdan parlament seçkiləri gəlir və bu seçkilərdə normal şəkildə iştirak etməsi üçün partiyanın mərkəzi qərargahının, normal iş şəraitinin olması vacibdir. Buna görə də biz prosesi sürətləndirmək üçün komitəyə təkrar müraciət edəcəyik”.

Qeyd edək ki, 2008-ci ilin dekabrında təsis olunan Aydınlar Partiyası 2009-cu il noyabrın 25-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR