Bank Of Baku

Müxalifət partiyalarının rəhbərləri Avropa Yenidənqurma və İnkişaf Bankının Direktorlar Şurasının üzvləri ilə görüşüblər

Müxalifət partiyalarının rəhbərləri Avropa Yenidənqurma və İnkişaf Bankının Direktorlar Şurasının üzvləri ilə görüşüblər
# 01 iyun 2010 13:15 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müxalifət partiyalarının rəhbərləri Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurasının üzvləri ilə görüşüb. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu APA-ya bildirib ki, görüş məlumat xarakterli olub. Görüşdə AYİB-in Azərbaycanda fəaliyyətinin demokratik proseslərə təsiri məsələləri müzakirə edilib. Həmçinin Azərbaycanda insan haqlarının və demokratiyanın durumu, bu ilin noyabrında baş tutacaq parlament seçkilərinin azad və ədalətli keçirilməsi üçün görülməli işlər haqqında fikir mübadiləsi aparılıb. Eyni zamanda Azərbaycan və Avropa strukturları arasında iqtisadi və siyasi əməkdaşlıq məsələləri dəyərləndirilib.

Görüşdə ADP sədri Sərdar Cəlaloğlu, Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və Ümid Partiyasının sədri İqbal Ağazadə, Bankın nümayəndələrindən isə Direktorlar Şurasının üzvləri - Verner Gruber, Kurt Bayer, Pedro Moriyon, Simon Ray, İb Katznelson, Joao Cravinho, Tae Hwan Kim, Virgina Gheorghiu, Stefka Slavova, AYİB-in Qafqaz, Moldova və Belarus üzrə Direktoru Paul-Henri Forestier, AYİB-in Siyasi Müşaviri Mahir Babayev, bankın Bakıdakı Daimi Nümayəndəliyinin başçısı Francis Delaey iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR