Bank Of Baku

Rəbiyyət Aslanova BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi ilə görüşüb

Rəbiyyət Aslanova BMT-nin Qaçqınlar üzrə Ali  Komissarlığının nümayəndəsi ilə görüşüb
# 01 iyun 2010 14:43 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Azərbaycanda səfərdə olan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Avropa üzrə Regional Bürosunun direktor müavini Qilyermo Bettoççi ilə görüşüb. APA-nın xəbərinə görə, R. Aslanova qonağa parlamentin fəaliyyəti, rəhbərlik etdiyi komitənin işi barəsində ətraflı məlumat verib. Komitə sədri Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış vəziyyətdən danışıb: “Ölkənin hər 9 vətəndaşından biri qaçqın və məcburi köçkün taleyi yaşayır”.
R. Aslanova qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, hüquqlarının qorunması üçün görülən işlərdən danışıb. Bundan sonra BMT-də qaçqın və məcburi köçkünlərlə bağlı hazırlanan sənəd və hesabatlarda azərbaycanlı qaçqınların taleyinin də ətraflı işıqlandırılması ilə bağlı fikirlərini diqqətə çatdırıb.
Bölgəyə ilk dəfə səfər etdiyini deyən qonaq gələcəyin vətəndaşlarının qaçqın və məcburi köçkün taleyi yaşamaması, uşaqların çadır şəhərciklərini görməməsi üçün bütün qüvvələrin səfərbər edilməsinin vacibliyindən söhbət açıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR