Bank Of Baku

AMİP-də ATƏT-in Bakı ofisinin nümayəndəsi ilə görüş keçirilib

AMİP-də ATƏT-in Bakı ofisinin nümayəndəsi ilə görüş keçirilib
# 02 iyun 2010 12:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli istiqlal Partiyasının (AMİP) rəhbərliyi ATƏT-in Bakı ofisinin Demokratikləşmə şöbəsinin rəhbəri Jaklin Karpenter ilə görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə ölkədəki mövcud durum, parlament seçkiləri və demokratikləşmə prosesinin gedişi müzakirə edilib.

J. Karpenter təmsil etdiyi təşkilatın Azərbaycana və ölkədə keçiriləcək parlament seçkilərinə böyük önəm verdiyini deyib. O, Avropa dəyərlərinin Avropa ölkəsi olaraq Azərbaycanda tətbiqi və demokratikləşmə prosesinə təkan vermək üçün ATƏT-in fəaliyyətini daha da artıracağını bildirib.

Görüşdə AMİP mətbuat və təbliğat Katibi Əli Orucov, beynəlxalq əlaqələr üzrə katib Yusif Bağırzadə və bələdiyyələrlə iş üzrə katib Elşən Mustafayev iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR