Bank Of Baku

Sərdar Cəlaloğlu: “Müxalifətdə birləşmə meyli yoxdur”

Sərdar Cəlaloğlu: “Müxalifətdə birləşmə meyli yoxdur”
# 02 iyun 2010 12:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Biz, dörd müxalifət partiyası, birgə müzakirələr aparmaqla bir addım irəli getmək istədik, amma bu görüşdən sonra müxalifətdə əlavə parçalanma meylləri yaşandı. Mənim gəldiyim nəticə budur ki, müxalifətdə səmimi şəkildə birləşmək meyli yoxdur”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. O, bir müddət əvvəl AXCP, Müsavat, ADP və KXCP sədrlərinin birgə görüşünün keçirildiyini xatırladıb: “Bu görüşdə iştirak edən tərəflərin öz müttəfiqləri ilə razılaşması, vasitəçilik qaydasında hər partiyanın öz blokunu təmsil etməsi və 4 partiyanın birləşməsi nəzərdə tutulurdu. Amma bu da alınmadı. Mən bu istiqamətdə bir daha cəhd göstərdim. Amma görürəm ki, birləşmək meylləri yoxdur, hər kəs öz təklifini, öz modelini irəli sürür və heç kim qarşı tərəfin mövqeyini nəzərə almır”.

S. Cəlaloğlu dörd partiyanın növbəti görüşünün nəzərdə tutulmadığını və yeni bir təklifin olmadığını qeyd edib: “Sanki hamı birlikdən qorxur. Ona görə də hamı buna mane olmağa çalışır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR