Bank Of Baku

MSK Venesiya Komissiyası ilə birgə tədbir keçirəcək

MSK Venesiya Komissiyası ilə birgə tədbir keçirəcək
# 02 iyun 2010 14:16 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda Əzizbəyov rayonunun adının dəyişdirilməsi ilə əlaqədar 13 saylı Əzizbəyov I və 14 saylı Əzizbəyov II seçki dairələrinin müvafiq olaraq 13 saylı Xəzər I, 14 saylı Xəzər II seçki dairələri adlandırılması qərara alınıb. MSK 4 saylı Naxçıvan, 122 saylı Xankəndi, 70 saylı Masallı şəhər, 80 saylı İmişli-Beyləqan seçki dairələrinin dairə seçki komissiyalarının tərkibinə dəyişiklik də edib.

MSK sədri Məzahir Pənahov iclasda bildirib ki, iyun ayında Avropa Şurasının Venesiya Komissiyası ilə birgə tədbir keçiriləcək: “Beynəlxalq qurumlarla əməkdaşlıq davam edəcək, iyul ayına da bəzi tədbirlər nəzərdə tutulub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR