Bank Of Baku

Əli Əliyevin adından AVCİYA-ya çıxış göndərən şəxs partiyadan çıxarılıb

Əli Əliyevin adından AVCİYA-ya çıxış göndərən şəxs partiyadan çıxarılıb
# 03 iyun 2010 08:43 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Vətəndaş və İnkişaf Partiyasının (AİP) Siyasi Şurası AVCİYA-ya sədr Əli Əliyevin adından çıxış göndərən partiya sədrinin gənclərlə iş üzrə müavini Nurəddin Babayevi VİP sıralarından azad edib. VİP-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, N. Babayev Siyasi Şuraya verdiyi izahatında həmin mətnin müəllifi olmadığını və AVCİYA-ya onun tərəfindən göndərilmədiyini bildirib. Buna baxmayaraq, N. Babayevin izahatı Siyasi Şuranı qane etməyib və bu hadisənin VİP-in və “Azadlıq” blokunun nüfuzuna zərbə olduğunu nəzərə alan partiya rəhbərliyi onun öz vəzifəsindən azad edilməsi və partiyadan xaric olunması barədə qərar qəbul edib.

Bununla bərabər, Siyasi şura N. Babayevin izahatını əsas götürülərək, onun elektron ünvanından sui-istifadə edərək VİP-in nüfuzuna zərbə vurmuş şəxs və ya şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmaların davam etdirilməsi barədə qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR