Bank Of Baku

Bakı Şəhər İcra Hakimiyyəti “Azadlıq” blokunun mitinq keçirməklə bağlı müraciətinə cavab verib

Bakı Şəhər İcra Hakimiyyəti “Azadlıq” blokunun mitinq keçirməklə bağlı müraciətinə cavab verib
# 03 iyun 2010 12:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) “Azadlıq” blokunun iyunun 5-də mitinq keçirməklə bağlı müraciətinə cavab verib. Bloka daxil olan AXCP Ali Məclisinin sədri Həsən Kərimov APA-ya bildirib ki, şəhər rəhbərliyi aksiyanın blokun təyin etdiyi yerlərdə keçirməsinə razılıq verməyib. Əvəzində mitinqin Binəqədi rayonu Binəqədi qəsəbəsinin İdman-Sağlamlıq Kompleksinin stadionu, Səbail rayonu 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydança və ya Xətai rayonu Zığ yolu küçəsi, 29/22-ci məhəllə ilə üzbəüz meydançada keçirməyi məsləhət görüb. H. Kərimov bildirib ki, mitinqin BŞİH-nin təklif etdiyi yerdə deyil, blokun təyin etdiyi yerlərin birində keçirilməsi nəzərdə tutulur. Belə ki, aksiya blokun təklif etdiyi 7 yerdən birində – Nərimanov kinoteatrının qarşısında keçirilməsi qərara alınıb.

Qeyd edək ki, blok aksiya üçün “Nərimanov” kinoteatrının qarşısında, Cəfər Cabbarlı heykəlinin ətrafında, Hüseyn Cavid bağı, Səməd Vurğun bağı, Sahil bağı, Prezident Administrasiyasından 200 metr aralıda yerləşən “Azneft” meydanı, “Teleteatr”ın qarşısında və Milli Məclisdən 200 metr aralıda, Parlament prospektində yer ayrılmasını təklif etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR