Bank Of Baku

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib

Milli Məclisin Təbii ehtiyatlar, energetika və  ekologiya  komitəsinin  iclası  keçirilib
# 03 iyun 2010 12:36 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. APA-nın xəbərinə görə, Azərbaycanla Yunanıstan arasında təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Sazişin təsdiq edilməsi barədə qanun layihəsini müzakirə edilib. Komitə sədri Valeh Ələsgərov bildirib ki, bu ilin fevralında Afina şəhərində imzalanan sənəddə hər iki ölkə arasında fövqəladə hallar üzrə əməkdaşlıq formaları, qarşılıqlı yardım dəstələrinin sərhəd keçmə proseduraları, informasiya mübadiləsi və digər məsələlər öz əksini tapıb. Müzakirələrdə komitə üzvləri fövqəladə hallar zamanı dost ölkələrin bir-birinə dəstək verməsinin yüksək dəyər olduğunu qeyd ediblər. Sənəd Milli Məclisin iclasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR