Bank Of Baku

Vətəndaş Həmrəyliyi Partiyası öz hesabına tikdirdiyi altı mərtəbəli binaya köçüb

Vətəndaş Həmrəyliyi Partiyası öz hesabına tikdirdiyi altı mərtəbəli binaya köçüb
# 03 iyun 2010 14:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) öz hesabına tikdirdiyi 6 mərtəbəli binaya köçüb. Bu barədə APA-ya partiyanın təşkilat şöbəsinin müdiri Samir Əsədli məlumat verib. Onun sözlərinə görə, partiya binanın 2 mərtəbəsində yerləşəcək. Binanın bir mərtəbəsində Dünya Azərbaycanlıları Konqresi, bir mərtəbəsində isə mətbuat və konfrans zalı fəaliyyət göstərəcək: “Digər iki mərtəbə hələlik boşdur”. S. Əsədli bildirib ki, yeni qərargah Xətai rayonu Xəqani Rüstəmov küçəsi 1210-cu məhəllə ünvanında yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR