Bank Of Baku

Müsavat Gənclər Təşkilatının İsrail səfirliyi qarşısında etiraz aksiyası keçirməsinə icazə verilməyib

Müsavat Gənclər Təşkilatının İsrail səfirliyi qarşısında etiraz aksiyası keçirməsinə icazə verilməyib
# 04 iyun 2010 13:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bakı. Elnur Məmmədli – APA. Bakı şəhər İcra Hakimiyyəti Müsavat Gənclər Təşkilatının İsrailin Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirməsinə icazə verməyib. Müsavat Partiyasının mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, şəhər rəhbərliyi buna səbəb kimi müraciətdə texniki səhvlərin olduğunu əsas gətirib.

Gənclər Təşkilatı iyunun 9-da piket keçirmək üçün növbəti dəfə müraciət edib. İsrail səfirliyinin binası qarşısına təyin olunan aksiyada İsrail hərbçilərinin Qəzzaya yardım aparan gəmilərə hücum etməsinə etiraz olaraq “Böyük vətən Türkiyə, səninləyik!”, “Cinayətkarlar cəzalandırılsın!” və digər şüarların səsləndirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR