Bank Of Baku

“Azadlıq” blokuna sabaha təyin etdiyi mitinqin keçirilməməsi barədə xəbərdarlıq edilib

“Azadlıq” blokuna sabaha təyin etdiyi mitinqin keçirilməməsi barədə xəbərdarlıq edilib
# 04 iyun 2010 15:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Hüquq-mühafizə orqanları “Azadlıq” blokuna sabaha təyin etdiyi mitinqin keçirilməməsi barədə xəbərdarlıq edib. Bu barədə APA-ya bloka daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov məlumat verib. Onun sözlərinə görə, blokun təmsilçiləri bu gün Bakı şəhər Baş Polis İdarəsinə çağırılıblar. Hüquq-mühafizə orqanlarının rəhbərləri bloka ya aksiyanın Bakı şəhər İcra Hakimiyyətinin müəyyən etdiyi yerlərdə keçirilməsini, ya da təxirə salınmasını tələb ediblər: “Əks halda, aksiyanın keçirilməsinin qarşısını alacaqlarını bildirdilər. Biz də aksiyanı təyin etdiyimiz yerdə, Nərimanov kinoteatrının qarşısında keçirməkdə israrlı olduğumuzu qeyd etdik”.

Görüşdə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev, Bakı Şəhər Prokurorunun müavini Qənimət Səfərov və Bakı şəhər Prokurorluğunun Polisə Nəzarət İdarəsinin rəisi Pənah Abbasov, “Azadlıq” blokundan isə Həsən Kərimov və Azərbaycan Liberal Partiyasının nümayəndəsi Bəybala Məmmədov iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR