Bank Of Baku

Strateji Araşdırmalar Mərkəzində “Beyin hücumu XXI əsrdə. Problemlər və İdeyalar” mövzusunda dəyirmi masa keçiriləcək

Strateji Araşdırmalar Mərkəzində “Beyin hücumu XXI əsrdə. Problemlər və İdeyalar” mövzusunda dəyirmi masa keçiriləcək
# 05 iyun 2010 08:17 (UTC +04:00)
Bakı-APA. İyunun 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) xüsusi layihəsi çərçivəsində mərkəzdə “Beyin hücumu XXI əsrdə. Problemlər və İdeyalar” mövzusunda aktual müzakirələr silsiləsindən ilk dəyirmi masa keçiriləcək. Bu barədə APA-ya SAM-dan bildirilib. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, intellektual-elmi, sosial-siyasi, iqtisadi, mədəni və s. sahələrdə inkişafın aktual problemlərinin müzakirəsi və həlli yollarının müəyyən edilməsi üçün ölkənin beyin və ideya potensialının səfərbər edilməsi, analitik və ekspert cəmiyyətinin dövlətçiliyin inkişafına töhfəsinin artırılması, müxtəlif istiqamətlərdə könüllü dialoqa əsaslanan əməkdaşlığın, yeni layihələrin dəstəklənməsi və həyata keçirilməsi ilə qeyri-hökumət təşkilatlarının dövlət və cəmiyyət arasında intellektual dialoq məkanının təşkilidir. Tədbir mətbuat üçün açıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR