Bank Of Baku

“Azadlıq” blokuna daxil olan partiyalar etiraz aksiyası keçirməyə cəhd göstəriblər

“Azadlıq” blokuna daxil olan partiyalar etiraz aksiyası keçirməyə cəhd göstəriblər
# 05 iyun 2010 13:19 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Azadlıq” blokuna daxil olan partiyalar aksiya keçirməyə cəhd ediblər. APA-nın xəbərinə görə, aksiya təşkilatçıları mitinqin Nərimanov kinoteatrının qarşısında keçirəcəkləri barədə məlumat yaysalar da, icazəsiz aksiyanın yeri dəyişdirilib. “İçərişəhər” metrostansiyasının qarşısına toplaşan aksiya iştirakçıları saat 15:00 radələrində şüar səsləndirərək, yürüş etməyə cəhd ediblər. Lakin polis bu cəhdin qarşısını alıb. 20-dən çox aksiya iştirakçısı saxlanılıb. Onlardan 6 nəfəri buraxılıb. Digərləri isə Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılıb.

Qeyd edək ki, aksiya parlament seçkiləri öncəsi ölkədə demokratik şəraitin yaradılması, seçki məcəlləsinin dəyişdirilməsi, seçki komissiyalarının tərkibinin paritet əsaslarla formalaşdırılması və digər tələblərlə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR