Bank Of Baku

Prezident İlham Əliyev “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar fərman imzalayıb

Prezident İlham Əliyev “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar fərman imzalayıb
# 05 iyun 2010 16:28 (UTC +04:00)
APA-nın AzərTAC-a istinadən xəbərinə görə, fərmanda həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Eyni zamanda Nazirlər Kabinetinə tapşırılır ki, Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR