Bank Of Baku

Milli Məclis sabah Şaittin Əliyevin MSK üzvlüyünə təsdiqlənməsi məsələsinə baxacaq

Milli Məclis sabah Şaittin Əliyevin MSK üzvlüyünə təsdiqlənməsi məsələsinə baxacaq
# 07 iyun 2010 09:55 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin sabahkı iclasında Şaittin Əliyevin Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlüyünə təsdiqlənməsi məsələsinə baxılacaq. Bu barədə APA-ya məlumat Milli Məclisdən daxil olub. Məlumata görə, Svetlana Qasımovanın vəfatından sonra MSK-da boş qalan yerə Ş. Əliyevin namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.

Keçmiş deputat Ş. Əliyev hazırda parlamentdə baş məsləhətçi vəzifəsində çalışır.

Xatırladaq ki, MSK-dakı boş qalan yerlərə daha iki partiya tərəfindən namizəd irəli sürülüb. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Mikayıl Rəhimovun, Böyük Quruluş Partiyası isə İbrahim Məmmədovun namizədliyini Milli Məclisə təqdim edib.

Onu da əlavə edək ki, həmin yerlər Müsavat Partiyası nümayəndə göndərməkdən imtina etdiyi üçün boş qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR