Bank Of Baku

Fuad Muxtarov: “AMİP sədrliyinə ən azı 4-5 iddialı var”

Fuad Muxtarov: “AMİP sədrliyinə ən azı 4-5 iddialı var”
# 07 iyun 2010 10:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) növbəti qurultayını iyun ayının sonu, iyul ayının əvvəllərində keçirəcək. Bu barədə APA-ya partiyanın baş katibi Fuad Muxtarov məlumat verib. Onun sözlərinə görə, artıq hazırlıq işləri başlayıb və əvvəlki cəhdlərdən fərqli olaraq bu dəfə istənilən halda qurultay keçiriləcək: “Bu dəfə qurultayı təxirə salmaq məsələsi olmayacaq. Artıq hazırlıqlar yekunlaşmaq üzrədir. Qurultayın konkret vaxtını söyləmək bir qədər çətindir. Çünki tarixlə bağlı partiyada müzakirə aparılmayıb. Amma ümumi qərarımız ondan ibarətdir ki, iyun ayının sonu, iyul ayının əvvəllərində qurultay keçirilsin. Bundan uzağa getmək fikrimiz yoxdur”.

F. Muxtarov partiyanın sədrliyinə iddialıların da olduğunu açıqlayıb: “Onlar çoxdur. Rəsmi bəyan etməsələr də, kuluarlarda gedən söhbətlərdən görünür ki, xeyli namizəd olacaq. Mənim hesablamalarıma görə, ən azı 4-5 namizəd gözlənilir”.

Baş katib partiyanın lideri Etibar Məmmədovun yenidən sədrliyə qayıtmasının mümkün olmadığını vurğulayıb: “Bu, tamamilə qeyri-real bir məsələ, qeyri-real ehtimaldır”.

Qeyd edək ki, 2007-ci ilin dekabrında AMİP sədri Ayaz Rüstəmov vəzifəsindən istefa verib. Bundan sonra partiya bir neçə dəfə qurultay keçirməyə hazırlaşsa da, müvafiq məkan ayrılmaması problemi əsas gətirilərək toplantı təxirə salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR