Bank Of Baku

“Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanunu ilə bağlı ictimai müzakirə təşkil olunub

“Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanunu ilə bağlı ictimai müzakirə təşkil olunub
# 07 iyun 2010 12:41 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Milli Məclisdə “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanunu ilə bağlı ictimai müzakirə təşkil olunub. Millət vəkili Pənah Hüseynin APA-ya verdiyi məlumata görə, medianın iştirakı olmadan keçirilən müzakirə parlamentin Dövlət quruculuğu və hüquq siyasəti komitəsi tərəfindən təşkil edilib. Müzakirəyə Avropa Şurası Venesiya Komissiyasının nümayəndələri, Litvadan olan ekspertlər, USAİD-in mütəxəssisləri, Azərbaycan Konstitusiya Məhkəməsinin, Ədliyyə Nazirliyinin təmsilçiləri, Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının müəllimləri qatılıb.

P. Hüseyn toplantıda ətraflı müzakirələrin aparıldığını söyləyib: “Fazil Mustafa, Əli Məsimli və mən bildirdik ki, bu qanunda Konstitusiyanın özünə zidd olan, Milli Məclisin səlahiyyətlərini, deputatların qanunvericilik hüququnu məhdudlaşdıran müddəalar var. Yəni burada icra hakimiyyətinin səlahiyyətləri daha da genişlənir, qanunverici hakimiyyətinin səlahiyyətləri isə azalır. Bu qanunun qəbulunun təşəbbüsçüsü Prezident Administrasiyasıdır, amma təəssüf ki, iclasda onlardan heç kim iştirak etmədi və bu məsələlərə aydınlıq gətirilmədi. Biz hesab edirik ki, bu qanunun təşəbbüskarları millət vəkilləri ilə üzbəüz əyləşib sənədi izah etməlidirlər”.

Müxalifətçi deputatların fikirlərinə isə Azərbaycanın Venesiya Komissiyasındakı nümayəndəsi Lətif Hüseynov cavab verib. P. Hüseyn bildirib ki, müzakirələrdən sonra komitənin sədri Əli Hüseynov toplantıda səslənən fikir və təkliflərin qanunun qəbulu zamanı nəzərə alınacağını deyib.

Qeyd edək ki, Venesiya Komissiyası Azərbaycanın “Normativ-hüquqi aktlar” haqqında Konstitusiya Qanunu layihəsinə müsbət rəy verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR