Bank Of Baku

Pənah Hüseyn: “Xalq Partiyası 12 iyun mitinqinə qatılacaq”

Pənah Hüseyn: “Xalq Partiyası 12 iyun mitinqinə qatılacaq”
# 07 iyun 2010 13:29 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyası ilə Demokratiya Uğrunda İttifaq (DUİ) arasındakı niyyət protokolunda iştirak etməməsinə baxmayaraq, Xalq Partiyası bu təşkilatların iyunun 12-nə təyin etdiyi mitinqə qatılacaq. Bu barədə APA-ya Xalq Partiyasının təmsilçisi Pənah Hüseyn məlumat verib. Onun sözlərinə görə, Xalq Partiyası DUİ-nin üzvüdür və ittifaqın qəbul etdiyi qərarlara uyğun addım atacaq: “Ona görə də Xalq Partiyası həmin mitinqdə iştirak edəcək. Partiyamız qəbul olunmuş ümumi qərara uyğun hərəkət edəcək”.

P. Hüseyn bildirib ki, Xalq Partiyası ümumilikdə niyyət protokolu ilə bağlı danışıqlarda iştirak etmir: “Bizim siyasi münasibətimiz ondan ibarətdir ki, özümüzü o niyyət protokoluna bağlı hesab etmirik. Amma DUİ-nin üzvüyük və onun qərarlarının icrasında iştirak edirik. DUİ-dəki digər partiyalarla da heç bir fikir ayrılığımız yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR