Bank Of Baku

ADP Hərbi Doktrina layihəsində Azərbaycan ərazisində xarici hərbi birləşmələrin yerləşdirilməsi məsələsinin əks olunmasını qəbuledilməz sayır

ADP Hərbi Doktrina layihəsində Azərbaycan ərazisində xarici hərbi birləşmələrin yerləşdirilməsi məsələsinin əks olunmasını qəbuledilməz sayır
# 07 iyun 2010 14:22 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda Azərbaycanın Hərbi Doktrina layihəsinin Milli Məclisə təqdim edilməsi müsbət addım kimi qiymətləndirilib. Lakin sənəddə beynəlxalq öhdəliklərdən irəli gələrək Azərbaycan ərazisində xarici hərbi birləşmələrin yerləşdirilməsi məsələsinin əks olunması qəbuledilməz sayılıb. İdarə Heyəti bildirib ki, ADP xarici hərbi qüvvələrin ölkə ərazisində yerləşdirilməsinin qəti əleyhinədir və bunu dövlət müstəqilliyi üçün potensial təhlükə sayır.

İdarə Heyəti həmçinin daşqın bölgəsində vəziyyətə toxunaraq hökuməti insanlara dəyən maddi ziyan barədə aşkarlığı təmin etməyə və təcili bərpa işlərinə başlamağa çağırıb.

İclasda Qəzza bölgəsinə humanitar yardım aparan gəmi karvanına İsrail hərbiçilərinin müdaxiləsindən sonra yaranmış vəziyyət də müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR