Bank Of Baku

Milli Məclisdə Avropa-Azərbaycan Cəmiyyətinin İdarə Heyətinin üzvləri ilə görüş keçirilib

Milli Məclisdə Avropa-Azərbaycan Cəmiyyətinin İdarə Heyətinin üzvləri ilə görüş keçirilib
# 07 iyun 2010 14:48 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Milli Məclisdə (MM) Avropa-Azərbaycan Cəmiyyətinin İdarə Heyətinin üzvləri ilə görüş keçirilib. APA-nın məlumatına görə, görüşdə Azərbaycan-İngiltərə parlamentlərarası dostluq qrupunun rəhbəri Çingiz Əsədullayev ölkədə aparılan iqtisadi islahatlardan danışıb, görülən işlər haqqında ətraflı məlumat verib. O, parlamentin fəaliyyət prinsipinə toxunaraq, MM-də 12 siyasi partiyanın təmsil olunduğunu bildirib. Dostluq qrupunun rəhbəri Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verib, problemin indiyə qədər həll olunmamasını beynəlxalq hüququn pozulması kimi qiymətləndirib: “Dağlıq Qarabağ probleminin həlli bu gün Avropa üçün də çox önəmlidir. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır” .

Azərbaycana səfər edən nümayəndə heyətinin rəhbəri Lord Leird Dağlıq Qarabağla bağlı həqiqətləri MM deputatlarının dilindən eşitmək istədiklərini açıqlayıb.

Nümayəndə heyətinin üzvü Lord Kilkulini Avropaya inteqrasiya zamanı ehtiyatlı olmağın zəruriliyini qeyd edib. O, Avropaya inteqrasiya yolunda problemlərin çıxa biləcəyini istisna etməyib.

Görüşdə iştirak edən deputat Asim Mollazadə Azərbaycanda Dağlıq Qarabağa və Avroatlantik məkana inteqrasiya ilə bağlı cəmiyyətin vahid mövqe nümayiş etdirdiyini bildirib.

Qeyd edək ki, Avropa-Azərbaycan Cəmiyyəti 2004-cü ildə Böyük Britaniyada təsis edilən London Azərbaycan Cəmiyyətinin əsasında fəaliyyətə başlayıb. 2008-ci ilin noyabrında Londonda Lordlar Palatasında təqdimatı keçirilib. Azərbaycanın Avropada tanıdılması məqsədilə həyata keçirdiyi layihələrin əhəmiyyətini nəzərə alaraq, cəmiyyətin Bakı ofisinin yaradılmasına qərar verilib. Avropa Azərbaycan Cəmiyyətinin başlıca məqsədi zəngin mədəniyyətə, böyük iqtisadi imkanlara malik Azərbaycanı Avropada tanıtmaq, Azərbaycanın beynəlxalq əlaqələrini Avropa KİV-də, siyasi və mədəni dairələrdə təbliğ etmək, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri beynəlxalq səviyyədə yaymaqla Qərbin bu konfliktə diqqətini artırmaq, Avropada yaşayan və təhsil alan azərbaycanlıları qeyd edilən məqsədlərin həyata keçirilməsində birgə fəaliyyətə cəlb etməkdir.
Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR