Bank Of Baku

BAXCP İdarə Heyətinin növbəti iclası keçirilib

BAXCP İdarə Heyətinin növbəti iclası keçirilib
# 07 iyun 2010 16:26 (UTC +04:00)
Bakı – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. BAXCP-dən APA-ya verilən xəbərə görə, toplantıda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

Gündəlikdəki məsələlərin müzakirəsindən öncə mayın 29-dan iyunun 6-dək “Təqsirin etirafı ilə bağlı qanunvericilik təcrübəsi” adlı tədbirdə iştirak etmək üçün deputat həmkarları Fazil Mustafa və İlyas İsmayılovla birgə Amerika Birləşmiş Ştatlarında olan BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev səfərlə bağlı İdarə Heyəti üzvlərini məlumatlandırıb.

Sonra BAXCP-nin baş katibi, seçki qərargahının rəhbəri Söhrab Abdullayev parlament seçkilərinə hazırlıqla bağlı görülən işlər barədə danışıb. Onun sözlərinə görə, namizədlərin müəyyənləşdirilməsi ilə bağlı ilkin mərhələnin başa çatmasına baxmayaraq, seçki qərargahına partiya üzvlərinin və siyasi mənsubiyyəti olmayan vətəndaşların müraciətləri daxil olmaqda davam edir. S. Abdullayev müraciətlərin yalnız partiyanın seçkili orqanları tərəfindən dəyərləndirildikdən sonra müvafiq qərar qəbul oluna biləcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR