Azərbaycanda Kür və Araz çaylarının daşması nəticəsində baş verən təbii fəlakətlə əlaqədar yaradılan Hökumət Komissiyasının iclası olub
Fövqəladə Hallar, Daxili İşlər, Müdafiə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, "Meliorasiya və Su Təsərrüfatı" və "Azərenerji" ASC-lərin, yerli icra orqanlarının işini xüsusilə diqqətə çatdıran baş nazir vurğulayıb ki, əsas nailiyyət insan itkisinə yol verilməməsidir: “Biz ağır vəziyyətdən olduqca uğurla çıxdıq. Bilirsiniz ki, Avropa ölkələrinin bir çoxunda daşqınlar nəticəsində böyük insan tələfatı olub. Qeyd etmək istərdim ki, dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində Fövqəladə Hallar Nazirliyi, eləcə də digər təşkilatlar yüksək texnika ilə təchiz olunub və hazırda biz qarşımıza qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gələ bilirik”.
Hökumət Komissiyasının üzvü, baş nazirin müavini Abid Şərifov təbii fəlakət zonasında görülən və gələcəkdə görülməsi vacib işlərdən ətraflı danışıb. O, bildirib ki, bu hadisələr hamı üçün çətin bir imtahan oldu: “Əminliklə deyə bilərəm ki, biz bu imtahandan alnıaçıq çıxmışıq”.
Diqqətə çatdırılıb ki, təbii fəlakət nəticəsində 34-dən çox kəndi su basıb: “Lakin hazırda görülən operativ tədbirlər nəticəsində onların yarısından çoxu artıq təmizlənib, yollar bərpa olunub və əhali doğma yurdlarına qayıtmağa başlayıbr. Bəndlərin dağıldığı yerlərə respublikanın demək olar ki, bütün bölgələrindən maşınlarla 65 min kubmetrdən çox daş, dəmir-beton məmulatı daşınıb. Bildiyiniz kimi, dövlətimizin başçısının göstərişi ilə Prezident Administrasiyasında regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin rəhbərliyi ilə xüsusi qərargah yaradılıb. Həmin qərargahın köməyi ilə fəlakət zonasına 9 minədək maşın göndərilib. Birgə səylər nəticəsində biz hər bir bəndi 3-4 gündə bərpa etmişik”.
Sonra Abid Şərifov qarşıda duran əsas məsələlər barədə danışaraq bildirib ki, birinci növbədə Araz çayının yeni qolunun Xəzər dənizinə qədər çatmasını təmin etmək lazımdır: “Bunun üçün isə lazımi qurğuların və bəndlərin tikilməsi, ayrı-ayrı kəndlərin, qəsəbələrin su təchizatı məsələlərini həll etmək lazımdır. Qısa müddətdə, iki həftədə bu istiqamətdə artıq 25 min kubmetr daş, beton, 600 min kubmetrə yaxın torpaq işi görülüb. Lakin hələ görüləsi işlər də çoxdur. Neftçalada, Biləsuvarda və digər yerlərdə bəndlərin yaradılması, möhkəmləndirilməsi və s. işlər aparılmalıdır. Ən ciddi məsələ isə avtomobil körpüsünün tikintisi və bu körpüyə qədər 1,5 kilometr uzunluğunda yolun salınmasıdır. Diqqətinizə çatdırıram ki, bu körpü doqquz aşırımlı, 12 gözlü körpüdür. Başqa bir vaxtda həmin körpünün tikintisinə illər sərf olunardı. İndi isə, möcüzə də olsa, bu körpünün inşası 2-3 həftəyə başa çatmalıdır. İkinci əsas məsələ təbii fəlakət nəticəsində əhaliyə dəymiş maddi ziyanın komissiya tərəfindən qiymətləndirilməsi, kompensasiyaların məbləğinin müəyyənləşdirilməsi və onların ödənilməsi ilə bağlı tədbirlərin görülməsidir. Bununla bağlı protokolun layihəsi Hökumət Komissiyasının bütün üzvləri ilə razılaşdırılıb. Komissiya tez bir zamanda bərpa işlərinə də başlamalıdır. İlk növbədə kəndlərdə sosial obyektlərin bərpası, dezinfeksiya məsələləri durur”.
Baş nazirin müavini deyib ki, üçüncü əsas məsələ gələcəkdə mümkün ola biləcək təbii fəlakət hallarının qarşısının alınması üçün kompleks tədbirlərə dair təkliflərin hazırlanıb dövlət başçısına iki ay müddətində təqdim edilməsidir: “Bununla bağlı 2-3 gün ərzində aidiyyəti qurum rəhbərlərinin iştirakı ilə Kür, Araz çayları boyunca, həmçinin digər su mənbələri nəzərə alınmaqla təhlükəli yerlər araşdırılacaq və müvafiq tədbirlər planı hazırlanacaq”.
Hökumət Komissiyasının üzvü, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov isə diqqətə çatdırıb ki, təbii fəlakət nəticəsində 23 şəhər və rayonda 809 məcburi köçkün evi su altında qalıb. Bu günədək 2 min 304 məcburi köçkün yaşayan evlər qəzalı vəziyyətdədir: “Bizim yeni tikilmiş 64 qəsəbədə heç bir problem olmayıb. Bu günə qədər 625 ailə, ümumilikdə 2 min 747 nəfər məcburi köçkün ayrı yerlərə - əsasən rayon mərkəzlərinə köçürülüb. Diqqətə çatdırmaq istərdim ki, Azərbaycanda bu gün fəaliyyət göstərən 59 beynəlxalq humanitar təşkilatın hamısı kömək məqsədi ilə bizə müraciət edibr. Bizim onlara yazılı cavabımız belə olub ki, Azərbaycan dövləti, Azərbaycan hökuməti belə vəziyyətdən öz gücü hesabına çıxmağa qadirdir”.
Müzakirələrdə iştirak edən Prezident Administrasiyası regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digərləri təbii fəlakət zonasında rəhbərlik etdikləri qurumlar tərəfindən görülmüş işlərdən danışmış, həyata keçiriləcək planlara dair rəylərini bildirib, təkliflərini veriblər.
İclasa yekun vuran baş nazir Artur Rasizadə bunları deyib: “Bütün çətinliklərə baxmayaraq, biz qarşımızda duran vəzifələrin öhdəsindən layiqincə gəlmişik. Lakin bu, hələlik keçdiyimiz birinci mərhələdir. Qarşıda daha çətin, daha məsuliyyətli işlər durur. Bunlar - təbii fəlakətə məruz qalan rayonların iqtisadiyyatının, sosial, enerji, nəqliyyat, rabitə və s. infrastrukturunun bərpası, əhaliyə dəymiş maddi ziyanın müəyyən edilməsi və ödənilməsi ilə bağlıdır. Əminəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə biz, yekdil bir komanda kimi, bu müvəqqəti çətinliklərin öhdəsindən tez bir zamanda gələcəyik”.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
“PAŞA Bank”ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb
Sumqayıtda yeni mənzillər satışa çıxdı - Qiymətlər və şərtlər
Erməni cinayətkar şəbəkə Fransa məhkəməsində: Milyonlarla avroluq cinayət işinin detalları
“Aqrarkredit”in bir neçə əmlakı ilk hərracda aşağı qiymətə satılıb
Litva hərbi təhdid olduğu təqdirdə, əhalisini Polşaya təxliyə edəcək
Alban-Udi xristian dini icması Ermənistanın Gəncəsər və Xudavənglə bağlı revanşist reaksiyalarını qınayıb - BƏYANAT
FHN-in nümayəndəsi beynəlxalq konfransda iştirak edib
Britaniyalı diplomat silah tədarükü ilə bağlı Rusiya XİN-ə çağırılıb, Moskva Londonu hədələyib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Futbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb
Pakistanda cümə namazı vaxtı məscidin yaxınlığında partlayış baş verib: 15 nəfər ölüb, 50 yaralı var - FOTO
FHN-in Sumqayıt Regional Mərkəzi mülki müdafiə kursları keçirib
Baş Prokurorluq İsmayıllıda seminar keçirib - YENİLƏNİB
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
Şamaxıda “Nəsimi Bağları”nda 150 mindən çox ağac və bitki əkilib - FOTO
General-mayor İsgəndər Allahverdiyev vəfat edib
Papuaşvili: Rusiya Gürcüstanın ərazi bütövlüyünü tanımalıdır
Mənimsəmədə ittiham olunan sabiq hərbi vəzifəli şəxslərin məhkəməsi başlayıb
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin üzvləri Milli Musiqi Günü ilə əlaqədar fləşmob keçiriblər - VİDEO
Sabah 33 dərəcə isti olacaq
Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib
Filippində məktəbdə atışma baş verib: 6 nəfər ölüb, 17 yaralı var - YENİLƏNİB
Azərbaycan millisinin heyəti açıqlanıb
Yeni təmayül modeli: məktəbini dəyişmək istəməyən şagirdlər və repetitorluğun alternativi - ARAŞDIRMA
Hörmüz boğazında tankerə hücum edilib
Yol polisi Formula 1-lə əlaqədar sürücülərə müraciət edib
XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində açıq havada konsert proqramı nümayiş olunub - FOTO
FHN-in Muğan Regional Mərkəzi kompleks mülki müdafiə təlimi keçirib - FOTO
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib
Milli Musiqi Günü münasibətilə I Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarı ziyarət edilib - FOTO
ADY: Orta Dəhliz üzrə yükdaşımaların artması lokomotiv parkının yenilənməsini zəruri edir
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İnam Kərimov Asiya-Sakit okean regionu Ali Məhkəmələri sədrlərinin konfransında iştirak edib
FHN sürücülərə müraciət edib
Metro və dəmir yolu layihələri üçün torpaqların alınması qaydaları təkmilləşdirilir
APA Group yeni mövsümə başlayıb - VİDEO
“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb, aqrar sahədə yeni maliyyələşmə mexanizmi olacaq
Pentaqon ABŞ qoşunlarının Avropadan çıxarılması planını nəzərdən keçirir
Tahir Gozal “Azərbaycan Sənaye Bankı”nın rəhbəri seçilib - EKSKLÜZİV
Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinə media-tur təşkil edilib - FOTO
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib
Tbilisidə uşaq bağçalarında kütləvi zəhərlənmə olub, istintaq başlanılıb
“Yelo Bank”ın Müşahidə Şurasına yeni təyinat olub
ADY lokomotiv parkını yeniləyir: Çindən yeni lokomotivlər Bakıya gətirilib - FOTO
Azərbaycan DTX 5 ölkədə paralel antiterror tədbirləri keçirib, 10 nəfər saxlanılıb - VİDEO
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
NBC News: Pakistanda aprel görüşlərində İranla razılaşmanın qarşısını Marko Rubio alıb
Azərbaycan nefti 121 dollara satılıb
EBRD-nin Azərbaycandakı kredit portfelinin həcmi açıqlanıb
Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı keçirilib, Aras Bulut İynemli və daha 14 nəfər saxlanılıb