Deputatlar Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında bir neçə təkliflə çıxış ediblər
Deputat Baba Tağıyev Qəzza bölgəsinə humanitar yardım aparan insanlara qarşı İsrail tərəfindən törədilən hərəkəti bəşəriyyətə qarşı cinayət hesab etdiyini, bu addımın humanizmlə bir araya sığmadığını deyib. Deputat, həmçinin Bakının işğaldan azad olunmasında müstəsna xidmətlər göstərmiş Nuru Paşaya abidə qoyulması təklifini səsləndirib.
Millət vəkili Siyavuş Novruzov deyib ki, Seçki Məcəlləsinə əlavə və dəyişiklik olunmalıdır, ancaq burada səslənən təkliflərlə bağlı yox: “Bizim Seçki Məcəlləsində müşahidəçilik, namizədliyin qeydiyyata alınması və seçki komissiyalarının tərkibi ən obyektiv şəkildə əksini tapıb. Sərbəst toplaşmaq üçün yer ayrılır, lakin müxalifətin sosial bazası yoxdur”.
Milli Məclisin üzvü Fazil Mustafa isə “Eks-prezidentlər haqqında” qanun qəbul olunmasının, “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edilməsinin zəruriliyini vurğulayıb: “Hansı əsasla parlamentdə azlıq təşkil edən partiyaların MSK-dakı yeri boş qalır, YAP-ın namizədi isə gündəliyə daxil edilir. Azlıqda olan partiyaların namizədlərinə də baxılmalıdır. Biz namizəd irəli sürümüşük” .
Spiker Oqtay Əsədov iqtidarın vahid partiyadan ibarət olduğu üçün öz namizədini təqdim etdiyini deyib: “Parlamentdə təmsil olunan müxalifət partiyalarının sayı çoxdur. Bir yerə toplaşın və konkret fikrə gəlin. Bundan sonra müraciət edin, baxaq”.
Deputat Pənah Hüseyn Milli Məclis tərəfindən İsrailin Türkiyəyə qarşı hərəkətini pisləyən bəyanat qəbul olunması təklifi ilə çıxış edib.
Deputat Fəzail Ağamalı da İsrailin Qəzzaya humanitar yardım aparan gəmilərə basqınını pisləyən bəyanat qəbul etməsinin zəruriliyini vurğulayıb.
Deputat Əli Əhmədov Aralıq dənizində baş verən olayla bağlı Milli Məclisin Azərbaycan prezidentinin mövqeyini bölüşdüyünü deyib: “Azərbaycan prezidentinin məsələ ilə bağlı verdiyi bəyanat bizim də mövqeyimizdir”.
Ə. Əhmədov dünyanın heç bir yerində seçki komissiyalarının seçkinin taleyini həll etmədiyini, dəfələrlə seçki komissiyalarının tərkibinin dəyişdirildiyini deyib: “Azərbaycan xalqı bunu istəmir. İndiki format ədalətlidir”.
Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov 2008-ci ilin prezident seçkilərində, 2009-cu ilin referendumunda MSK-ya seçki komissiyaları ilə bağlı heç bir şikayətin daxil olmadığını deyib: “Biz bir dəfə buna getdik. Lakin siz MSK-nın iclaslarına gəlmədiniz. 28 müxalifət partiyası bələdiyyə seçkisində cəmi 8 faiz namizəd irəli sürürsə, hansı potensialla seçki komissiyalarının tərkibinin dəyişdirilməsini istəyirsiniz?”
Daxili siyasət
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Milli Məclisin iclası başlayıb
Dekabrda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Xəbər Lenti
Ukrayna ötən gecə Rusiyanın iki neft obyektinə zərbə endirib - VİDEO
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb
CSCA imtahanına qeydiyyat başladı – UniDestin namizədlərə dəstək göstərir
Dünən gecə Ukraynanın Rusiyaya ən böyük dron hücumlarından biri baş verib
“Bitcoin”in qiyməti 60 min dollardan aşağı düşüb
Gəncədə 15 yaşlı yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
KTMT: Ermənistanın təşkilatdan çıxarılması məsələsi gündəmdə deyil
Xaçmazda maşın ağaca çırpılıb, 26 yaşlı sürücü xilas edilib - VİDEO
“NYMEX” birjasında təbii qazın dəyəri azalıb
“Brent” markalı neft ucuzlaşıb
Ağsuda iki maşın toqquşub, bir nəfər ölüb
Polşa Baş Prokurorluğu Kaçinskinin də həlak olduğu Smolensk təyyarə qəzasının səbəbini açıqlayıb
Azərbaycan nefti 101.4 dollara ticarət olunur
Melaniya Tramp Rusiya və Ukrayna ilə bağlı humanitar fəaliyyətini davam etdirdiyini bildirib
Almaniyada dron aşkarlanması hava limanında uçuşların dayandırılmasına səbəb olub
Səudiyyə Ərəbistanı husilərin raketini havada məhv edib
Vaşinqton hava limanında iki sərnişin təyyarəsinin qanadları bir-birinə toxunub
CENTCOM Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edildiyini açıqlayıb
Tramp 2028-ci il seçkilərində varisini mümkün qədər gec açıqlamaq niyyətindədir
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
SEPAH Hörmüz boğazında iki gəminin minaya düşməsi ilə bağlı məlumat yayıb
Zelenski Ukraynanın Liviyadakı əməliyyatının tərəfdaşlarla razılaşdırılmadığını etiraf edib
Suriyada hökumət qüvvələrinin mövqelərinə hücum edilib
Hakan Fidan: Məkkə İttifaqının əsas məqsədi sülhə və sabitliyə töhfə verməkdir
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə regionda gərginliyin azaldılmasına çağırıb
Almaniya Ukraynaya dəstək üçün 11,6 milyard avro ayıracaq
Ukrayna Qara dənizdə atəşkəs təklif edib, Rusiyadan cavab gözləyir
Ukrayna və Estoniya Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığı gücləndirmək niyyətini bəyan edib
ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - YENİLƏNİB
Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib
Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub
Abşeronda narkotiklə əlaqəli 8 nəfər saxlanılıb
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olunub - FOTO
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayıb
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək - VİDEO
Azərbaycanla BMT arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlıq müzakirə edilib
Ekspert: İmtahan sualları ilə məktəb proqramı arasında tarazlıq yaradılmalıdır
Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib
Yaqub Eyyubov Moskvada MDB İqtisadi Şurasının iclasında iştirak edib - FOTO
Gələn həftə Moskvada MDB hökumət başçılarının iclası keçiriləcək
Oman sahillərində neft tankeri minaya düşüb
“Gənc Hüquq Maarifçiləri” layihəsi yekunlaşıb