Bank Of Baku

“Beyin hücumu XXI əsrdə. Problemlər və ideyalar” mövzusunda dəyirmi masa keçirilib

“Beyin hücumu XXI əsrdə. Problemlər və ideyalar” mövzusunda dəyirmi masa keçirilib
# 08 iyun 2010 10:00 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Beyin hücumu XXI əsrdə. Problemlər və ideyalar” mövzusunda aktual müzakirələr silsiləsindən ilk dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, SAM-ın baş elmi işçisi Tahirə Allahyarova bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda beyin mərkəzlərinin durumu, onların təşkilatlandırılması, gələcək əməkdaşlıq formalarının müəyyənləşdirilməsi və beynəlxalq təcrübə barədə fikir mübadiləsi aparmaqdır.

T. Allahyarova deyib ki, 21-ci əsrdə Azərbaycanın qarşısında duran əsas problem ölkənin ərazi bütövlüyünün təmin olunması və demokratikləşmədir. Analitik mərkəzləri üçüncü sektorun təməli adlandıran elmi işçinin fikrincə, beyin mərkəzlərinin qarşılıqlı fəaliyyətinə böyük ehtiyac var.

Görüşdə iştirak edən analitiklər, politoloqlar və ekspertlər təmsil etdikləri qurum barədə məlumat veriblər və Azərbaycanın üzləşdiyi problemlərin həlli ilə bağlı öz fikirlərini söyləyərək əməkdaşlığın formalarını təklif ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR