Bank Of Baku

“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib

“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib
# 08 iyun 2010 11:08 (UTC +04:00)
APA-nın xəbərinə görə, sənəd haqqında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verib. O bildirib ki, bu qanun fövqəladə hallar orqanlarında xidmətkeçmənin qaydaları və şərtlərini, həmin orqanlarda xidmət keçən şəxslərin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir: “7 fəsil, 36 maddədən ibarət qanun layihəsi çox mükəmməl hazırlanıb. Burada sözügedən nazirliyə işə qəbul aparılarkən Azərbaycan dilinin mükəmməl şəkildə bilinməsi şərt kimi qoyulub”. Z. Əsgərov cəmi bir neçə il əvvəl yaradılan Fövqəladə Hallar Nazirliyinin ciddi bir struktura çevrildiyini deyib.

Deputat Siyavuş Novruzov da sənədin mükəmməl hazırlandığını vurğulayıb: “Qısa müddət ərzində fəaliyyətə başlamasına baxmayaraq, nazirlik yüksək səviyyədə işləyir, on illər bundan əvvəl yaradılan nazirliklərdən daha üstün bir struktura çevrilib. Bu yaxınlarda baş verən sel fəlakəti zamanı biz onların xidmətini gördük. Xüsusilə nazir Kəmaləddin Heydərovun xidmətləri qeyd olunmalıdır”.

S. Novruzov işə qəbul aparılarkən Azərbaycan dilinin mükəmməl bilinməsinin şərt kimi qoyulmasının təqdirəlayiq olduğunu söyləyib: “Bu, çox mühüm amildir. Yeri gəlmişkən, türk teleseriallarının tərcüməsinə ehtiyac görmədiyimi bir daha bildirirəm. Bu dillər bir-birlərinə qardaşdır, qardaşların da tərcüməçiyə ehtiyacı yoxdur”.

Deputat Qüdrət Həsənquliyev də Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini təqdirəlayiq sayıb. Onun sözlərinə görə, qış aylarında keçən qarlı hava şəraitində və xüsusilə Kür çayında baş verən daşqınlar zamanı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yüksək peşəkarlıq nümayiş etdiriblər: “Qanun layihəsi konseptual baxımdan qəbul olunmalıdır” .

Müzakirələrdən sonra sənəd birinci oxunuşda təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR