Bank Of Baku

AMİP Siyasi Şurası gələn ay qurultay keçirmək barədə qərar qəbul edib

AMİP Siyasi Şurası gələn ay qurultay keçirmək barədə qərar qəbul edib
# 08 iyun 2010 16:21 (UTC +04:00)
Bakı-APA AMİP Siyasi Şurası partiyanın X Qurultayını iyul ayının ortalarında keçirilməsi barədə qərar verib. Partiyanın mətbuat və informasiya mərkəzindən APA-ya verilən məlumata görə, qurultayın dəqiq tarixi növbəti iclaslardan birində müzakirə olunacaq. AMİP Siyasi Şurası ölkədəki mövcud sosial-iqtisadi, siyasi durumu təhlükəli hədd kimi qiymətləndirib, xüsusən də, su basmış rayonlarda yaranmış acınacaqlı vəziyyətdən narahatlığını ifadə edib. Siyasi Şura həmçinin, partiyanın digər müxalif siyasi qüvvələrlə əməkdaşlıq imkanlarının mümkünlüyü barədə də müsbət fikrini bildirib.

Siyasi Şura Azərbaycan qazının Türkiyə vasitəsi ilə dünya bazarına çıxarılması ilə bağlı imzalanmış sazişi həm qardaş Türkiyə, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyi qənaətinə gəlib.

Türkiyə-İsrail münasibətlərinin gərginləşməsinin arzuolunmaz səviyyədə inkişafının narahatlıq doğurduğunu bildirən Siyasi Şura bu proseslərin tezliklə nizama salınacağına ümidvar olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR