Bank Of Baku

Xankəndi seçki dairəsinin Dairə Seçki Komissiyasına yeni üzv seçilib

Xankəndi seçki dairəsinin Dairə Seçki Komissiyasına yeni üzv seçilib
# 09 iyun 2010 09:29 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. 122 saylı Xankəndi seçki dairəsinin Dairə Seçki Komissiyasına yeni üzv seçilib. Bu barədə APA-ya DSK-nın sədri Allahverdi Doluxanov məlumat verib. O bildirib ki, DSK-nın erməni mənşəli üzvü Tamilla Korçuyeva ailə vəziyyəti ilə əlaqədar komissiya üzvlüyündən istefa verib: “Onun atası Moskvada yaşayırdı və Tamilla Korçuyeva da ailəsinin yanına köçdü”.

A. Doluxanov komissiyada erməni mənşəli şəxs üçün nəzərdə tutulan yerə yeni üzvün təyin edildiyini bildirib. Onun sözlərinə görə, anası erməni, atası azərbaycanlı olan bir şəxs komissiyaya üzv seçilib və Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunub.

A. Doluxanov onu da əlavə edib ki, seçici siyahıları yenidən hazırlanıb və hazırda DSK-da 2539 seçici qeydiyyatdadır. O, parlament seçkilərinə kimi bu rəqəmin dəyişəcəyini istisna etməyib.

Qeyd edək ki, sonuncu dəfə 122 saylı Xankəndi seçki dairəsində 4457 nəfər seçici qeydiyyatda olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR