Azərbaycan Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub
İclasda Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı təklifləri YAP-ı təmsil edən deputat Siyavuş Novruzov açıqlayıb. O, birinci təklifin seçki müddətinin azaldılması ilə bağlı olduğunu bildirib: “Əvvəllər seçki müddəti 4 ay idi. Sonra biz bu müddəti 75 günə qədər azaldıq. Dünyanın bir çox ölkəsində müddət çox azdır. Bizdə insanların müraciəti olurdu ki, vaxt həddən artıq çoxdur. Təklif edirik ki, seçki müddəti 75 gündən 60 günə endirilsin. Belə olacağı halda, təbliğat müddəti də müvafiq olaraq 28 gündən 23 günə endiriləcək” .
S. Novruzov ikinci əsas təklifi də açıqlayıb: “Seçkilərin keçirilməsi dövlət tərəfindən maliyyələşir. Dairə və məntəqə seçki komissiyaları dövlət tərəfindən saxlanır. Seçki ilə bağlı bütün xərcləri dövlət çəkdiyi halda, əlavə olaraq, namizədlərə vəsait verilməsi düzgün deyil. 2005-ci ildə də əksər şəxslər namizədliklərini təbliğat üçün veriləcək 200 manatı almaq üçün vermişdilər. Qanuna görə, seçkidə 3 faizə qədər səs toplamayan namizədlər ayrılan vəsaiti qaytarmalıdırlar. Lakin bu günə kimi vəsaitin geri qaytarılması baş verməyib. Biz təklif edirik ki, bütün seçki proseslərinin dövlət tərəfindən maliyyələşdirilməsi dayandırılsın”. S. Novruzov deyib ki, təkliflər, əsasən bu iki məsələ ilə bağlıdır: “Bu dəyişikliklər isə avtomatik olaraq digər maddələrdə dəyişiklik edilməsini zəruri edəcək”.
Müzakirələrdə deputat Qüdrət Həsənquliyev təklifləri dəstəklədiyini deyib. Deputat bildirib ki, oxşar təklifləri vaxtı ilə o da irəli sürüb: “Mən də təklif edirdim ki, müddət ən azı iki dəfə azaldılsın. Lakin burada təbliğat müddətinin 28 gündən 23 günə qədər azaldılması narahatedicidir. Məncə, bu düzgün deyil. Hamı üçün bərabər təbliğat müddəti götürülə bilməz. Təklif edirəm ki, namizədlikləri qeydə alınan şəxslər təbliğata başlasınlar. Pul vəsaitləri isə elə də böyük deyildi. İnanmıram ki, kimsə 200 manata görə bu işi görsün. Lakin mən bu təklifi də keçərli hesab edirəm. Referendumla bağlı prosesin isə dövlət tərəfindən maliyyələşdirilməsi saxlanılmalıdır. Çünki bu, birbaşa dövlətin taleyi ilə bağlı məsələdir”.
Müzakirələrdə çıxış edən deputat Fəzail Ağamalı və Sabir Hacıyev də təklifləri dəstəklədiklərini deyiblər.
Deputat Nizami İsgəndərov da deyib ki, seçki vaxtının azaldılması yerində verilmiş təklifdir. Onun sözlərinə görə, cəmiyyətdə nüfuzu olan şəxs üçün bu qədər təbliğat müddətinin ayrılmasına ehtiyac yoxdur: “Seçki müddətinin azaldılaraq 75 gündən 60 günə endirilməsi düzgün təklifdir”.
Deputat, həmçinin seçkiyə vəsait ayrılmasının sənəddən çıxarılmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Yeni Azərbaycan Partiyası doğurdan da bütün cəmiyyətin mövqeyini ifadə edərək bu təklifləri irəli sürüb. Hesab edirik ki, bu təkliflər kifayət qədər əsaslandırılmış və mütərəqqidir”.
S. Novruzov Q. Həsənquliyevin referendumun maliyyələşdirilməsi ilə bağlı təklifinə münasibət bildirərək deyib ki, bu məsələyə baxıla bilər: “Ola bilər ki, bu məsələ MSK-nın təlimatlarında nəzərə alınsın. Hər halda, biz bu təklifə baxarıq” .
ATƏT-in Bakı ofisinin nümayəndəsi Monika Martines isə sənədə edilən təkliflərin geniş müzakirəsini tərəfdarı olduqlarını deyib: “Biz, həmçinin dövlət tərəfindən maliyyənin tamamilə kəsilməsini düzgün saymırıq. Habelə, namizədlərə öz təbliğatlarını aparmaq üçün lazım olan qədər vaxt ayrılmalıdır”.
Komitə sədri Əli Hüseynov deyib ki, vaxtı ilə seçki müddətinin nəinki 60 günə, hətta 45 günə endirilməsi ilə bağlı təklif vardı. Lakin o vaxt seçki komissiyaları seçkini bu müddət ərzində keçirməyə hazır deyildi. Bu gün isə MSK kifayət qədər peşəkar bir quruma çevrilib, seçki komissiyaları istənilən seçki prosesinə qısa müddət ərzində hazır olmağa qadirdir: “Yəni, belə bir təklif vaxtı ilə də səsləndirilmişdi. Hesab edirik ki, bu, çox normal bir təklifdir” .
Müzakirələrdən sonra sənəd parlamentin plenar iclasına tövsiyə olunub.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
“PAŞA Bank”ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb
Sumqayıtda yeni mənzillər satışa çıxdı - Qiymətlər və şərtlər
Erməni cinayətkar şəbəkə Fransa məhkəməsində: Milyonlarla avroluq cinayət işinin detalları
“Aqrarkredit”in bir neçə əmlakı ilk hərracda aşağı qiymətə satılıb
Litva hərbi təhdid olduğu təqdirdə, əhalisini Polşaya təxliyə edəcək
Alban-Udi xristian dini icması Ermənistanın Gəncəsər və Xudavənglə bağlı revanşist reaksiyalarını qınayıb - BƏYANAT
FHN-in nümayəndəsi beynəlxalq konfransda iştirak edib
Britaniyalı diplomat silah tədarükü ilə bağlı Rusiya XİN-ə çağırılıb, Moskva Londonu hədələyib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Futbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb
Pakistanda cümə namazı vaxtı məscidin yaxınlığında partlayış baş verib: 15 nəfər ölüb, 50 yaralı var - FOTO
FHN-in Sumqayıt Regional Mərkəzi mülki müdafiə kursları keçirib
Baş Prokurorluq İsmayıllıda seminar keçirib - YENİLƏNİB
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
Şamaxıda “Nəsimi Bağları”nda 150 mindən çox ağac və bitki əkilib - FOTO
General-mayor İsgəndər Allahverdiyev vəfat edib
Papuaşvili: Rusiya Gürcüstanın ərazi bütövlüyünü tanımalıdır
Mənimsəmədə ittiham olunan sabiq hərbi vəzifəli şəxslərin məhkəməsi başlayıb
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin üzvləri Milli Musiqi Günü ilə əlaqədar fləşmob keçiriblər - VİDEO
Sabah 33 dərəcə isti olacaq
Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib
Filippində məktəbdə atışma baş verib: 6 nəfər ölüb, 17 yaralı var - YENİLƏNİB
Azərbaycan millisinin heyəti açıqlanıb
Yeni təmayül modeli: məktəbini dəyişmək istəməyən şagirdlər və repetitorluğun alternativi - ARAŞDIRMA
Hörmüz boğazında tankerə hücum edilib
Yol polisi Formula 1-lə əlaqədar sürücülərə müraciət edib
XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində açıq havada konsert proqramı nümayiş olunub - FOTO
FHN-in Muğan Regional Mərkəzi kompleks mülki müdafiə təlimi keçirib - FOTO
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib
Milli Musiqi Günü münasibətilə I Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarı ziyarət edilib - FOTO
ADY: Orta Dəhliz üzrə yükdaşımaların artması lokomotiv parkının yenilənməsini zəruri edir
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İnam Kərimov Asiya-Sakit okean regionu Ali Məhkəmələri sədrlərinin konfransında iştirak edib
FHN sürücülərə müraciət edib
Metro və dəmir yolu layihələri üçün torpaqların alınması qaydaları təkmilləşdirilir
APA Group yeni mövsümə başlayıb - VİDEO
“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb, aqrar sahədə yeni maliyyələşmə mexanizmi olacaq
Pentaqon ABŞ qoşunlarının Avropadan çıxarılması planını nəzərdən keçirir
Tahir Gozal “Azərbaycan Sənaye Bankı”nın rəhbəri seçilib - EKSKLÜZİV
Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinə media-tur təşkil edilib - FOTO
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib
Tbilisidə uşaq bağçalarında kütləvi zəhərlənmə olub, istintaq başlanılıb
“Yelo Bank”ın Müşahidə Şurasına yeni təyinat olub
ADY lokomotiv parkını yeniləyir: Çindən yeni lokomotivlər Bakıya gətirilib - FOTO
Azərbaycan DTX 5 ölkədə paralel antiterror tədbirləri keçirib, 10 nəfər saxlanılıb - VİDEO
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
NBC News: Pakistanda aprel görüşlərində İranla razılaşmanın qarşısını Marko Rubio alıb
Azərbaycan nefti 121 dollara satılıb
EBRD-nin Azərbaycandakı kredit portfelinin həcmi açıqlanıb
Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı keçirilib, Aras Bulut İynemli və daha 14 nəfər saxlanılıb