Bank Of Baku

Azərbaycan Seçki Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərlə bağlı müxalifət partiyalarının birgə toplantısı keçiriləcək

Azərbaycan Seçki Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərlə bağlı müxalifət partiyalarının birgə toplantısı keçiriləcək
# 09 iyun 2010 10:07 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyasının (YAP) Seçki Məcəlləsinə təklif etdiyi əlavə və dəyişikliklərlə bağlı müxalifət partiyalarının birgə toplantısı keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu məlumat verib. Onun sözlərinə görə, bu təklif üzə çıxdıqdan sonra o, Müsavat partiyası, “Azadlıq” bloku və digər müxalifət təşkilatlarına müraciət edərək, birgə müzakirələrin aparılması, mümkün addımların atılması təklifini irəli sürüb: “Amma hələlik bu müraciətə cavab gəlməyib, buna görə də toplantının nə zaman baş tutacağı bəlli deyil. Fikrimcə, kifayət qədər tez bir zamanda müxalifətin mövqeyi ortaya qoyulmalıdır. Amma bu nə dərəcədə alınacaq, bunu bilmirik. Bu məsələdə bütün digər problemlər kənara qoyulmalıdır. Ölkədə demokratik seçki keçirmək üçün hətta lazım gəlsə YAP-la da hansısa ortaq mövqedən çıxış etməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR