Bank Of Baku

Ümid Partiyası Seçki Məcəlləsinə təklif olunan dəyişiklikləri pisləyib

Ümid Partiyası Seçki Məcəlləsinə təklif olunan dəyişiklikləri pisləyib
# 09 iyun 2010 12:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu gün Ümid Partiyası Rəyasət Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Seçki Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirə edilib. Partiya rəhbərliyi bu dəyişiklikləri pisləyib. Seçki Məcəlləsinə və seçki komissiyalarının tərkibinə yenidən baxılması ilə bağlı son zamanlar aktiv iş aparan ATƏT başda olmaqla beynəlxalq təşkilatların bu məsələ ətrafında apardığı danışıqların nəticə verməməsindən təəssüf də ifadə olunub.

İclasda 2010-cu il parlament seçkilərinə hazırlıq məsələləri də müzakirə olunub, regionlar üzrə partiya namizədlərinin toplantının tarixləri müəyyənləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR