Bank Of Baku

Azərbaycanda ATƏT-in Bakı Ofisinin təşkilatçılığı ilə “Cəmiyyət Dəstəkli Polis İşinə dair” birinci beynəlxalq konfrans keçirilir

Azərbaycanda ATƏT-in Bakı Ofisinin təşkilatçılığı ilə “Cəmiyyət Dəstəkli Polis İşinə dair” birinci beynəlxalq konfrans keçirilir
# 10 iyun 2010 07:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. ATƏT-in Bakı Ofisinin təşkilatçılığı ilə “Cəmiyyət Dəstəkli Polis İşinə dair” birinci beynəlxalq konfrans öz işinə başlayıb. APA-nın məlumatına görə, konfransda Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri, beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin təmsilçiləri iştirak edir. ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorel öz çıxışında bildirib ki, bu mövzu ATƏT-in prioritet hesab etdiyi sahələrdən biridir. O, Dövlət Yol Polisinin təlimi ilə bağlı daha modern metodlara əsaslanan tədbirlərin həyata keçirildiyini bildirib. Səfir cəmiyyət dəstəkli polis layihəsinin Azərbaycanın bir sıra bölgələrini əhatə etdiyini vurğulayıb: “Polis-xalq münasibətləri, məişət zorakılığı, narkomaniyaya qarşı mübarizə mövzularında Azərbaycan polisinin daha yaxşı çalışması üçün onlara beynəlxalq təcrübələr barədə bilgilər vermişik. Cəmiyyət dəstəkli polis ideyasının məğzində polisin insanlara daha yaxşı xidmət göstərməsi durur. Azərbaycan da öz növbəsində polislə ictimaiyyət arasında əlaqələrin təkmilləşdirilməsinin bütün tərəflər üçün faydalı olduğunu qəbul edib. Milli Məclisdə “Polis haqqında” qanuna edilən düzəlişlər buna əyani sübutdur”.

Daxili işlər nazirinin müavini Oruc Zalov bu beynəlxalq konfransı Azərbaycanın ATƏT-lə əməkdaşlığına bariz nümunə adlandırıb. Nazir müavini bildirib ki, 2001-ci ildən Avropa Şurasına üzvü olan Azərbaycanda demokratik prinsiplərin qorunması prioritet vəzifələrdən biri hesab edilib, güclü dövlət quruculuğu işləri uğurla inkişaf etdirilib. O, Daxili İşlər Nazirliyinin öz işinin öhdəsindən layiqincə gəldiyini vurğulayıb: “Bizim ATƏT-lə birgə tədbirlərimiz həyata keçirilir. Son bir neçə il ərzində ATƏT-lə əməkdaşlığın nəticəsi olaraq Avropanın bir sıra ölkələrində keçirilən təcrübələr bizə böyük kömək edib”. Nazir müavini çıxışında daxili işlər orqanlarının cinayətkarlığa qarşı mübarizəsi ilə bağlı konfrans iştirakçılarına məlumat verib.

İki günlük konfransda Avropanın bir sıra ölkələrinin hüquq mühafizə orqanlarının nümayəndələri mövzu ilə bağlı məruzələrlə çıxış etməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR