Bank Of Baku

ATƏT-in Bakı Ofisinin rəhbəri: “Seçki Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərlə bağlı əvvəlcədən ATƏT-lə müzakirə aparılmayıb”

ATƏT-in Bakı Ofisinin rəhbəri: “Seçki Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərlə bağlı əvvəlcədən ATƏT-lə müzakirə aparılmayıb”
# 10 iyun 2010 09:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Seçki Məcəlləsinə təklif olunan dəyişikliklər bağlı ilk müzakirə aparılıb, qarşıdakı günlərdə təkrar müzakirələr olacaq. ATƏT də bu görüşdə iştirak edəcək. Mən bu dəyişikliklərin səbəblərini tam anlaya bilmədim, bu səbəbləri anlamağa çalışacağam”.

APA-nın məlumatına görə, bunu ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorel deyib. Seçki kampaniyasının müddətinin 75 gündən 60 günə endirilməsi ilə bağlı təklifi dəyərləndirən səfir bu məsələdə ATƏT-in mövqeyinin bəlli olduğunu vurğulayıb: “Hər mövzuda olduğu kimi, seçki məsələsində də namizədlərə daha böyük imkanların yaradılması, mövcud imkanların genişləndirilməsi mövqeyindəyik, bu istiqamətdə anlaşmağın tərəfdarıyıq. Biz əsaslı olaraq zərərverici, təhdidedici deyil, daha geniş imkanlar açan, hər kəsi məmnun edən addımların atılmasını arzu edirik. Bu məsələdə həm iqtidar, həm müxalifətlə müzakirələrimiz davam edir”.

Əli Bilgə Cankorel bildirib ki, Seçki Məcəlləsinə nəzərdə tutulan bu dəyişikliklərlə bağlı əvvəlcədən ATƏT-lə heç bir müzakirə aparılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR