Bank Of Baku

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaqın mitinqlə bağlı müraciətinə cavab verməyib

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaqın mitinqlə bağlı müraciətinə cavab verməyib
# 10 iyun 2010 12:51 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaqın (DUİ) iyunun 12-də keçirmək istədikləri mitinqlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə göndərdikləri müraciətə cavab verilməyib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, qanunvericiliyə əsasən aksiyanın təyin olunduğu vaxta ən azı 3 iş günü qalmış müraciətə cavab verilməlidir: “Bu günə qədər bizə nə yazılı, nə də şifahi cavab verilməyib. İcra Hakimiyyətinin şöbə müdiri Zaur Ramazanovla əlaqə yaratmaq cəhdimiz isə baş tutmayıb. İcra Hakimiyyəti bizə cavab verməsə, o zaman bu, aksiyaya razılıq kimi başa düşüləcək. İstənilən halda biz təyin etdiyimiz yerlərin birində mitinq keçirəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR