Bank Of Baku

Prezident İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binada aparılan tikinti işləri ilə tanış olub

Prezident İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binada aparılan tikinti işləri ilə tanış olub
# 10 iyun 2010 15:04 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyunun 10-da Dənizkənarı Milli Parkın ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binada aparılan tikinti işlərinin gedişi ilə maraqlanıb, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eskizi və inşası üçün nəzərdə tutulan yerlə tanış olub. APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tikinti işləri barədə dövlət başçısına məlumat verib.

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və YUNESKO-nun birgə layihəsi əsasında inşa olunan yeni bina memarlıq üslubuna və qeyri-adi formasına görə tamamilə fərqlənəcəkdir. İnşaat işləri başa çatdıqdan sonra binanın ətrafında yaşıllaşdırma işləri aparılacaq, muzey kompleksi yaradılacaq. Dövlət başçısı və xanımı inşaat işlərinin gedişi ilə yaxından tanış olub, binanın üst görünüşündə asılacaq milli ornamentlərlə bəzədilmiş lövhələrə baxıblar. Prezident İ. Əliyev inşaat işlərinin yüksək standartlara uyğun surətdə həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Daha sonra dövlət başçısı və xanımı yaxınlıqdakı “Venesiya şəhərciyi” adlanan ərazidə inşa olunacaq Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eskiz layihəsi ilə tanış olublar. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev layihə barədə prezidentə və xanımına məlumat verib. Eskizin üst görünüşündə Azərbaycanın dövlət himninin notlarının əks olunduğu bildirilib. Qeyd olunub ki, işçi layihəni bu ilin sonunadək başa çatdırmaq, gələn il isə inşaat işlərinə başlamaq nəzərdə tutulur.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eskiz layihəsi ilə tanış olduqdan sonra prezident və xanımı muzeyin inşası üçün nəzərdə tutulan əraziyə baxıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR