Bank Of Baku

YAP Qadınlar Şurası Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirib - FOTO

YAP Qadınlar Şurası Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirib - <font color=red>FOTO</font>
# 11 iyun 2010 10:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə partiyanın qadın üzvləri, qadın millət vəkilləri iştirak edib.

Milli Məclisin sədr müavini Bahar Muradova çıxışında bildirib ki, 90-cı illərin əvvəllərində Azərbaycanın daxilində gərginlik, iqtisadiyyatda tənəzzül, qarşıdurma, separatizm və xarici təcavüz vardı. Xalqın ağır sınaqlar qarşısında olduğunu xatırladan B. Muradova həmin vaxt doğru yol göstərən şəxsə ehtiyac yarandığını vurğulayıb: “Bu missiyanı da Heydər Əliyev həyata keçirdi və problemlərin həlli istiqamətində işə başladı. Bu işdə xalq onun arxasında idi. Hazırda da Azərbaycan Heydər Əliyevin xilas yolu ilə gedir və bu inkişafın geriyə yolu yoxdur”.

YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva tədbirdə məruzə ilə çıxış edib. Onun sözlərinə görə, H. Əliyev hakimiyyətə gəlməklə Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən uzaqlaşdırdı və yeni dövlətçilik ənənələrinin yaranması istiqamətdə addımlar atıldı.

Tədbirdə iştirak edən digər şəxslər də öz fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR