Bank Of Baku

Azərbaycan Sosial Demokrat Partiyasının nümayəndəsi Ermənistana gedib

Azərbaycan Sosial Demokrat Partiyasının nümayəndəsi Ermənistana gedib
# 11 iyun 2010 11:48 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) nümayəndəsi Saləddin Allahverdiyev Ermənistana səfər edib. Bu barədə APA-ya partiyanın həmsədri Araz Əlizadə məlumat verib. Onun sözlərinə görə, partiya təmsilçisi Sosialist İnternasionalı – Sosinternin “Cənubi Qafqaz və Qara dəniz hövzəsi ölkələrinin əməkdaşlığı” mövzusunda İrəvanda keçirilən beynəlxalq konfransında iştirak edir.

A. Əlizadə bildirib ki, onun nümayəndəsi konfransdakı çıxışında Cənubi Qafqazda əməkdaşlığın qurula bilməməsinin əsas səbəbkarının Ermənistan olacağını bildirəcək: “Hamıdan da çox Sosinternin üzvü olan Daşnaksutyun Partiyasının bu əməkdaşlığa mane olduğu bildiriləcək. Ona görə də ASDP-nin onlarla heç bir əməkdaşlığı ola bilməz. Ermənistan siyasətçilərinin mövqeyi Azərbaycana müharibədən başqa yol qoymur”.

A. Əlizadə Sosintern rəhbərliyi tərəfindən konfransa şəxsən dəvət olunduğunu, lakin bundan imtina etdiyini açıqlayıb: “Bildirdim ki, ermənilər təslim olmaqla bağlı müqavilə imzalamağa hazır olduqlarını bildirsələr, o zaman özüm səfər edə bilərəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR